YAP-ın Nərimanov rayon təşkilatının Seçki Qərargahı çevik fəaliyyət göstərir
18.08.2015 [10:10]
Seçki Qərargahının üzvləri gündəlik olaraq seçki prosesinə hazırlıq işlərini həyata keçirirlər
Məlum olduğu kimi, noyabrın 1-də ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Artıq cəmiyyətimizdə seçki ab-havası hökm sürür.
İndiyə kimi ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkilərinə də yüksək səviyyədə hazırlaşır. Artıq partiyanın yerli strukturlarında seçki qərargahları yaradılıb və bu qərargahlar aktiv fəaliyyət göstərirlər. YAP-ın Nərimanov rayon təşkilatının Seçki Qərargahı da parlament seçkilərinə fəal şəkildə hazırlaşır. Qərargahın rəhbəri, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, partiyamızın böyük seçki təcrübəsi var. Hazırda YAP Nərimanov rayon təşkilatının 136 ilk ərazi partiya təşkilatından ibarət olduğunu deyən T.Tağıyevin sözlərinə görə, burada 20 min 635 nəfər birləşib. Onların da 8 min 993 nəfəri qadın, 7 min 500-ü isə gənclərdir. Seçki Qərargahının 23 nəfər üzvü olduğunu deyən sədr bildirib ki, onlar mütəmadi olaraq toplaşırlar. Bu toplantılarda hər bir qərargah üzvü gördüyü işlərlə bağlı məlumatlar verir. Seçki Qərargahının işi ilə tanışlıq zamanı, həqiqətən də, ciddi, operativ fəaliyyətin şahidi olduq. Bu məqamda qeyd edək ki, Nərimanov rayonu üzrə 3 Seçki Dairəsi mövcuddur. 18 saylı Nərimanov-Nizami Seçki Dairəsi üzrə 16 məntəqədə 20 min 716 seçici, 19 saylı Nərimanov birinci Seçki Dairəsi üzrə 35 məntəqədə 45 min 718 seçici, 20 saylı Nərimanov ikinci Seçki Dairəsində isə 33 məntəqədə 44 min 773 seçici qeydiyyatdadır.
T.Tağıyevin bildirdiyinə görə, artıq qərargahda seçkilərə hazırlıqla bağlı bir sıra tədbirlər görülüb. Belə ki, partiyanın namizədləri üçün seçici imzası toplayacaq 25 partiya fəalı müəyyənləşib. Həmin 25 nəfər isə rayon ərazisini yaxşı tanıyan, seçki təcrübəsi olan insanlardır. Eyni zamanda, hər Seçki Dairəsinə və məntəqələrə bir müşahidəçi və bir məşvərətçi səs hüquqlu üzv təyin ediləcək. Yeri gəlmişkən, dünən YAP-ın Nərimanov rayon təşkilatının Seçki Qərargahının növbəti toplantısı da keçirilib. Toplantıda qərargahın rəhbəri Təmraz Tağıyev, təşkilatın Gənclər Birliyinin sədri Yusif Babanlı və digərləri çıxış edərək parlament seçkiləri ilə əlaqədar görüləcək işlər barədə fikirlərini bildiriblər. Onu da qeyd edək ki, Seçki Qərargahında gənclər də təmsil olunurlar. Onlardan biri - Azər Quliyev hesab edir ki, YAP-ın seçkilərə hazırlığı yüksək səviyyədə gedir: “Biz də qərargah üzvləri olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq”.
Digər gənc Nərminə Yunusova isə bildirib ki, YAP hər zaman bütün seçkilərdə uğurlu seçki kampaniyası həyata keçirir: “Seçki kampaniyasının səmərəli təşkil olunması uğur qazanılmasında mühüm rol oynayır. Ona görə də biz seçki prosesinə ciddi şəkildə hazırlaşırıq. İndiki mərhələdə işlər plana uyğun davam edir. İnanıram ki, partiyamız növbəti seçkilərdə də parlaq qələbə qazanacaq”.
Beləliklə, göründüyü kimi, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının Seçki Qərargahında parlament seçkiləri ilə əlaqədar çevik, operativ, ciddi işlər gedir. Təbii ki, bu prosesin nəticəsinin uğurlu olacağını da indidən demək mümkündür.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45

