Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Naftalanda da təbliğat kampaniyasına uğurla start verilib

Naftalanda da təbliğat kampaniyasına uğurla start verilib

10.10.2015 [12:09]

Məlum olduğu kimi, noyabrın 1-də ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərlə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyi tərəfindən verilən tövsiyə, tapşırıqlar partiyanın Naftalan şəhər təşkilatında da tam məsuliyyətlə yerinə yetirilməkdədir.
Bu barədə qəzetimizə YAP Naftalan şəhər təşkilatının Seçki Qərargahından məlumat verilib. Məlumatda deyilir ki, Naftalan şəhəri ərazisində 96 saylı Goranboy-Naftalan Seçki Dairəsi üzrə 5 seçki məntəqəsi yerləşir. Naftalan şəhəri üzrə 5491 seçici qeydiyyatdadır.
YAP tərəfindən 96 saylı Goranboy-Naftalan Seçki Dairəsi üzrə Həsənov Xaləddin Həsən oğlunun namizədliyi irəli sürülüb. Dünən Seçki Qərargahının üzvləri rayonun seçki məntəqələrinin ərazisində qurulmuş təşviqat lövhələrinə YAP tərəfindən irəli sürülmüş namizədin portretlərini və təbliğat şüarlarını vurublar.
Ümumiyyətlə, YAP Naftalan şəhər təşkilatının Seçki Qərargahının üzvləri və gənclər kampaniyanın uğurla başa çatması üçün xüsusi fəallıq göstərirlər.

Paylaş:
Baxılıb: 711 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31