Nəriman Əliyev Masallı ictimaiyyətinin alternativsiz seçimidir
21.10.2015 [10:35]
Yeni Azərbaycan Partiyası (YAP) təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Partiya tərəfindən 70 saylı Masallı şəhər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Nəriman Əlibala oğlu Əliyevin rayonun Banbaşı kəndində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev son 11 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı uğurların əldə olunduğunu bildirib. Bu uğurun, inkişafın, demək olar ki, bütün sferalarda hiss olunduğunu qeyd edən natiq keçən zaman ərzində ölkənin böyük layihələrə imza atdığını söyləyib və əlavə edib ki, bu uğurlarda YAP-ın böyük əməyi və əzmkarlığı var.
Daha sonra çıxış edən prezident təqaüdçüsü Şirvan Əbilov Banbaşı kəndinin seçicilərinə müraciət edərək, bu uğurların davamlı və uzunmüddətli olması üçün hər kəsi YAP-ın ətrafında sıx birləşməyə və onun namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Banbaşı kənd sakinləri Ələşrəf Zeynalov, Əli Əhmədov və başqaları Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər Seçki Dairəsindən namizədi Nəriman Əliyevin layiqli namizəd olduğunu qeyd edərək seçkidə yekdilliklə ona səs verəcəklərini söyləyiblər.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə namizədi Nəriman Əlibala oğlu Əliyev bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən mükəmməl strategiya nəticəsində Azərbaycan yüksək sürətlə inkişaf edən ölkələr sırasına daxil olub. Bu inkişaf özünü ölkəmizin hər bir regionunda açıq şəkildə göstərir. Daha sonra seçicilərin etimadını qazanıb, millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlər haqqında da məlumat verən Nəriman Əliyev deyib: “Parlament üzvünün vəzifələri qanunlarla müəyyənləşib. Deputatların əsas vəzifəsi qanun yaradıcılığı işi ilə məşğul olmaqdır. Amma insanların dəstəyi ilə parlamentə seçilən şəxs də həmin insanların problemləri ilə maraqlanmağa və həllinə çalışmağa borcludur. Mən də sizi əmin edirəm ki, bütün gücümlə sizin etimadınızı doğrultmağa çalışacağam. Hamınızı 1 noyabr 2015-ci ildə keçiriləcək seçkidə YAP-ın namizədinə səs verməyə çağırıram”.
Sonda kənd sakinləri mövcud problemlər barədə namizədə məlumat veriblər, təkliflər irəli sürüblər.
Xəbər lenti
Hamısına baxMEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

