Deputatlığa namizəd Siyavuş Novruzov Şahbuz rayonunda seçicilərlə görüşüb
27.10.2015 [09:59]
Siyavuş Novruzov: Seçicilərim mənə yenidən etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi layiqincə, ləyaqətlə təmsil etmək üçün çalışacağam
Yeni Azərbaycan Partiyasının (YAP) 5 saylı Şahbuz-Babək Seçki Dairəsindən deputatlığa namizədi, YAP İcra katibinin müavini Siyavuş Dünyamalı oğlu Novruzovun Şahbuz rayonunun Keçili, Külüs, Şahbuzkənd, Sələsüz, Ayrınc, Qızıl Qışlaq kəndlərində və Badamlı qəsəbəsində seçicilərlə görüşü keçirilib. Görüşlərdə çıxış edən YAP Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının böyük nailiyyətlər əldə etdiyini söyləyib, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində YAP-ın müstəsna xidmətlərindən danışıb. R.Məmmədov bildirib ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası dünənin, bu günün, sabahın partiyası olmaqla hər zaman Azərbaycan xalqının ümid yerinə çevrilib, onun etimadını doğruldub: “Yeni Azərbaycan Partiyasının Azərbaycanda siyasi mədəniyyətin inkişafında, çoxpartiyalı sistemin möhkəmlənməsində, demokratiya və vətəndaş cəmiyyətinin inkişafında rolu böyükdür. Başlıca məqsədi, amalı Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə xidmət etmək olan Yeni Azərbaycan Partiyası daim xalqımız tərəfindən dəstəklənir. Bu dəstək sayəsində də partiya gündən-günə sıralarını genişləndirir, inkişaf edir və ölkədə keçirilən seçkilərdə xalqın inam və etimadını qazanaraq tarixinə qələbələr yazır. İnanırıq ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərində də YAP-ın namizədləri böyük səs çoxluğu ilə növbəti uğura imza atacaqlar”.
R.Məmmədov sonda seçiciləri YAP-ın 5 saylı Şahbuz-Babək Seçki Dairəsindən namizədi Siyavuş Novruzova səs verməyə çağırıb.
Çıxış edən deputatlığa namizəd, YAP İcra katibinin müavini Siyavuş Novruzov son illərdə ölkə Prezidentinin tapşırıqları əsasında Şahbuz rayonunda əhalinin rahatlığının təmin olunması üçün irimiqyaslı quruculuq və abadlıq işlərinin görüldüyünü qeyd edərək, bildirib ki, seçicilərin dəstəyi ilə yenidən deputat seçildikdən sonra o da millət vəkili kimi bu prosesə səlahiyyətləri çərçivəsində dəstək verəcək. Siyavuş Novruzov millət vəkili kimi bütün fəaliyyəti dövründə daim seçiciləri qarşısında hesabat verdiyini xatırladaraq bildirib ki, deputat fəaliyyəti dövründə seçicilərini Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsilə çalışıb: “Fəaliyyətim dövründə seçilərin sağlamlıqları, təhsilləri, şəxsi problemləri ilə bağlı mənə ünvanladıqları yüzlərlə məktuba cavab verib, problemlərinin həlli istiqamətində əlimdən gələni əsirgəmirəm. Seçicilərim mənə yenidən etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi layiqincə, ləyaqətlə təmsil etmək üçün çalışacağam”.
Görüşdə iştirak edən sakinlər millət vəkilinin yalnız rayon deyil, ümumilikdə respublika səviyyəsində fəaliyyətini, dövlətə, dövlətçiliyə xidmətini yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini bildiriblər.
Maraqlı müzakirələr, diskussiya şəraitində keçən görüşdə seçicilər yaşadıqları kəndlərdə onları narahat edən bir sıra məsələləri deputatlığa namizədin nəzərinə çatdırıblar.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35

