Nəriman Əliyevin seçiciləri ilə növbəti görüşü keçirilib
28.10.2015 [10:39]
YAP Masallı rayon təşkilatı 1 noyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat kampaniyasını uğurla davam etdirir
1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Nəriman Əlibala oğlu Əliyevin Masallı rayonunda seçicilərlə görüşləri davam edir. Növbəti görüşlər rayonun Qarğalıq və Şərəfə kəndlərində keçirilib.
Görüşlərdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Azərbaycanın əldə etdiyi nailiyyətlərdən söz açıb. Natiq əldə olunan bu uğurların düzgün siyasi kursun nəticəsi olduğunu qeyd edib: “Bu gün Azərbaycan yürütdüyü daxili və xarici siyasət nəticəsində regionun lider dövlətinə çevrilib. Bu nailiyyətin təməlində isə Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu düzgün siyasi kurs dayanır. Biz YAP-ın Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşməli və Onun apardığı siyasəti dəstəkləməliyik. Buna görə də mən sizin hər birinizi YAP-ın layiqli namizədi Nəriman Əliyevə səs verməyə çağırıram”.
Görüşdə Qarğalıq kənd sakinlərindən Əyyub Mehdiyev, Rəbbi Kərimov, Qardaş Fətullayev, Fəxrəddin Baxışov, həmçinin Şərəfə kəndində keçirilən görüşdə kənd sakinlərindən Xankişi Xankişiyev, Rafət Abbasov, Şirvan Əbilov, Tofiq Mirzəyev hər kəsi seçkidə Nəriman Əliyevə səs verməyə çağırıblar.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədi Nəriman Əliyev deyib: “Su, qaz, yol, rabitə və s. kimi problemlər artıq tarixə çevrilib. Bu səpkidən olan məsələlər, demək olar ki, tamamilə öz həllini tapıb. Bir faktı qeyd edim ki, mənim namizəd olduğum 70 saylı Seçki Dairəsinə aid ərazilərdə qazlaşma respublika üzrə ən yüksək səviyyəyə - 98 faizə çatıb. Rayonumuzun əsasən Muğan zonasında olan kəndlərin içməli su problemi həll olunmaqdadır. Ucqar kəndlərimizə belə müasir yollar çəkilib. Bu işlər Azərbaycan dövlətinin, xüsusilə də dövlət başçısı Prezident İlham Əliyevin yorulmaz və əzmkar fəaliyyəti nəticəsində həyata keçib. Bizim borcumuz da bu işlərdə cənab İlham Əliyevə yaxından köməklik göstərmək, Onun siyasi kursunu dəstəkləməkdir. Buna görə də mən sizin hər birinizi YAP-ın namizədlərinə səs verməyə çağırıram”.
Sonda kənd sakinləri ilə namizəd arasında səmimi söhbət olub, fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

