Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yeni inzibati binasının açılışı olub
25.12.2015 [09:50]
Dünən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yeni inzibati binasının açılış mərasimi olub. Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov və YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov rəmzi açılışı bildirən lenti kəsiblər.
Tədbir iştirakçıları ilk olaraq binanın foyesində Ulu öndər Heydər Əliyevin büstü qarşısına gül dəstələri qoyublar.
Bina ilə tanışlıqdan sonra YAP-ın fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib. Açılış mərasimində Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov bildirib ki, YAP Yasamal rayon təşkilatının yeni inzibati binasının Azərbaycan Prezidenti İlham Əliyevin doğum günündə istifadəyə verilməsi rəmzi xarakter daşıyır. Onun sözlərinə görə, bu yeni bina Yasamal rayon təşkilatının fəaliyyətinin daha da yaxşılaşmasına, nüfuzunun artmasına təsirini göstərəcək. Bina YAP-ın öz imkanları hesabına inşa olunub.
Tədbirdə bildirilib ki, binanın tikintisinə 2015-ci ildə başlanılıb. Birinci mərtəbədə Heydər Əliyevin büstü, eyni zamanda, Heydər Əliyev guşəsi yerləşir. Binada təlimatçı otaqları, arxiv, texniki, gənclər və digər zəruri otaqlar var. Üçüncü mərtəbədə böyük və kiçik konfrans zalları yerləşir. 170 yerlik böyük konfrans zalı müasir İKT avadanlıqları ilə təchiz olunub.
Qeyd edək ki, açılış mərasimində Milli Məclis Sədrinin müavinləri Ziyafət Əsgərov, Bahar Muradova, YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, Milli Məclisin komitə sədrləri, YAP İdarə Heyətinin üzvləri Eldar İbrahimov, Arif Rəhimzadə, BDU-nun rektoru, YAP İdarə Heyətinin üzvü Abel Məhərrəmov və YAP Yasamal rayon təşkilatının fəalları iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

