“Yeni Azərbaycan Partiyasının verdiyi təqaüdün mənəvi dəyəri çox böyükdür”
16.03.2016 [09:53]
Məcid Nəcəfli: Çünki bu təqaüd Ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu və Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiya tərəfindən verilir
Azərbaycanın sürətli inkişafı, ölkəmizin ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə bir sıra sahələr üzrə gənc kadrların məsul dövlət vəzifələrinə təyin olunması, dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin sosial problemlərinin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi dövlət gənclər siyasətinin əsasını təşkil edir. Tələbə gənclərin təqaüdlərinin artırılması, ali və orta ixtisas təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və dövlətin çox böyük maddi və mənəvi dəstəyi hesabına 10 mindən artıq azərbaycanlı gəncin dünyanın aparıcı ali təhsil müəssisələrində müasir elmin sirlərinə yiyələnməsi Azərbaycanın gələcəyi olan gənclərin inkişafı üçün yaradılan yüksək şəraitin və diqqətin nəticəsidir. Sirr deyil ki, bu gün ölkəmizin inkişaf siyasətində özünəməxsus rolu olan Yeni Azərbaycan Partiyası (YAP) öz sıralarında 700 min nəfərə yaxın insanı birləşdirərək, nəinki Azərbaycanda, eyni zamanda, regionda ən böyük siyasi qüvvəyə çevrilib. Xalqın iradəsini ifadə edən, iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanan ölkənin avanqard partiyasının üzvü olmaq hər bir gənc üçün böyük şərəf və məsuliyyətdir. Partiyamızın inkişafında ölkə əhalisinin ən fəal təbəqəsini təşkil edən gənclərin özünəməxsus yer tutması, eləcə də diqqət və qayğı ilə əhatə olunmuş gənclərin partiyamızın qüdrətinin və gücünün əhəmiyyətli dayaqlarından birinə çevrilməsi Ümummilli lider Heydər Əliyevin dediyi “Gənclər bizim partiyamızın sıralarında xüsusi qayğıya malik olmalıdırlar” fikrinin reallaşmasını təsdiq edir.
Qeyd etmək lazımdır ki, YAP gənclərlə bağlı bir sıra layihələrin də müəllifidir və bu layihələr vasitəsilə gənclərimizə diqqət göstərilir, fəal gənclərin üzə çıxarılıb onların potensialından səmərəli istifadə olunması yönündə addımlar atılır. Partiyamız sosial-mədəni həyatın əsas sahələrinin - elmin, təhsilin və mədəniyyətin inkişafının, gənc nəslin tərbiyəsinin ümumxalq və ümumdövlət işi səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə yaxından dəstək göstərir. Bütün sadalanan prinsiplərə hər zaman sadiqliyini nümayiş etdirən Yeni Azərbaycan Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən və artıq ənənə halını almış, məktəblilər arasında “Heydər Əliyev məktəblilərin gözü ilə” ümumrespublika inşa müsabiqəsi xüsusi diqqət cəlb edir. Qeyd edək ki, bu layihənin əsası 2007-ci ildə Yeni Azərbaycan Partiyası, Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən qoyulub. Heydər Əliyev Fondu da bu layihəyə qoşularaq gəncliyin inkişafına öz töhfələrini verməkdədir. Həmin müsabiqənin qalibləri Ulu öndərin doğum günü ərəfəsində keçirilən təntənəli mərasim zamanı mükafatlandırılırlar. Həmin mükafatlandırmadan başqa, YAP bəyan edib ki, əgər müsabiqənin qalibləri ali məktəblərə qəbul olub tələbə adını qazanarlarsa, onlara ali təhsillərini bitirənədək təqaüd veriləcək. Artıq YAP-ın təqaüdünü alanların sayı 43 nəfərdir və onlardan ali məktəbləri başa vuranlar da var. Tələbə-gənclərə təqaüdlərin verilməsi bir daha Yeni Azərbaycan Partiyasının gənc nəslin inkişafına göstərdiyi qayğının təcəssümüdür. Bu təqaüdün sahibləri də YAP tərəfindən belə təşəbbüslərin həyata keçirilməsindən qürur duyduqlarını bildiriblər. Onlardan biri Məcid Vüqar oğlu Nəcəflidir. M.Nəcəfli Tərtər rayonunda dünyaya gəlib və orta təhsilini də Tərtər şəhəri 2 saylı məktəb-liseyində alıb. O, 11-ci sinifdə oxuyarkən həmin ilin aprel ayında “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa müsabiqəsində iştirak edib, “Dünya azərbaycanlılarının lideri Heydər Əliyevin şərəfli həyat yolu” mövzusunda inşa yazaraq müsabiqəyə təqdim edib. Məcidin yazısı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və ikinci yerə layiq görülüb. 2014-cü ildə qəbul imtahanlarında 374 bal toplayan M.Nəcəfli Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat və sənaye fakültəsinə daxil olub. Hazırda bu ali məktəbin 2-ci kursunda təhsil alan Məcid YAP-ın verdiyi təqaüddən də bəhrələnir. “Ali məktəbə daxil olduqdan sonra təqaüdlə bağlı Yeni Azərbaycan Partiyasına müraciət etdim. Müraciətimə dərhal cavab verildi və mən o zamandan bu təqaüdü alıram. Təqaüd bir tələbə olaraq mənim sosial xərclərimə çox kömək edir. Eyni zamanda, onun mənəvi cəhətdən də dəyəri böyükdür. Çünki bu təqaüd Ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu və Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiya tərəfindən verilir”, - deyə YAP-ın təqaüdçüsü vurğulayıb.
YAP-ın bu cür layihələrinin gənclərin elm və təhsilə marağını artırdığını deyən M.Nəcəfli partiyanın gənclər siyasətinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35

