YAP Qaradağ rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib
29.12.2016 [09:54]
YAP Qaradağ rayon təşkilatı İdarə Heyətinin iclası keçirilibDünən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib. Yığıncaqda rayon təşkilatında 2016-cı ildə görülmüş işlər və 2017-ci ildə qarşıda duran vəzifələr, eləcə də ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinə hazırlıqla bağlı işlər geniş müzakirə olunub. YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək deyib ki, 2016-cı il Azərbaycan dövləti üçün bir sıra mühüm məqamlarla yadda qalıb. Dünyada baş verən neqativ hadisələr və ciddi iqtisadi böhran fonunda Azərbaycan bu ili də uğurlarla yola salır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, məqsədyönlü siyasət nəticəsində ölkəmiz bütün dünya dövlətləri üçün aktual olan böhrandan öz milli iqtisadiyyatını qorumağı bacarıb. Cari ildə həyata keçirilən genişmiqyaslı islahatlar bütün sahələrdə paralel inkişafı, o cümlədən əhalinin sosial müdafiəsinin təşkil olunmasını təmin edib. O, 2016-cı ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun keçirildiyini və xalqımızın yekdilliklə dövlət başçısının təşəbbüsünə dəstək verdiyini söyləyib. Aydın Hüseynov bu faktın Azərbaycanda xalq-iqtidar birliyinin möhkəm əsaslara söykəndiyinin növbəti əyani təsdiqi olduğunu diqqətə çatdırıb.
YAP-ın digər rayon təşkilatları kimi, Qaradağ rayon təşkilatı üçün də 2016-cı ilin uğurlu bir il kimi xarakterizə olunduğunu söyləyən millət vəkilinin sözlərinə görə, təşkilat öz fəaliyyətini hər zaman partiyanın Nizamnaməsi və tələbləri çərçivəsində qurub, ölkə başçısı İlham Əliyevin daxili və xarici siyasətinin ictimaiyyət arasında geniş təbliği istiqamətində davam etdirir. O deyib ki, gələcək dövrdə də rayon təşkilatının qarşısında çox mühüm vəzifələr dayanır və hər bir partiya üzvü bu vəzifələrin yerinə yetirilməsi üçün öz fədakarlığını əsirgəməməlidir.
Daha sonra çıxış edən Hicrət Qaradağlı, Cahangir Süleymanov, Sabir Ələkbərov, Zaməddin Həmşəyev gündəlikdə duran məsələlərlə bağlı fikirlərini, təkliflərini bildiriblər.
Sonda müzakirə olunan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul edilib.
Xəbər lenti
Hamısına baxSosial
17 May 18:42
Siyasət
17 May 18:37
Dünya
17 May 18:17
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Gündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23

