Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının IX konfransı keçirilib
24.06.2017 [09:13]
İyunun 23-də Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının IX konfransı keçirilib.
Konfransda YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin deputatı Naqif Həmzəyev iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Onun əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra konfransda Dövlət Himni səsləndirilib.
Konfransda hesabat məruzəsi ilə YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov çıxış edib. Bildirib ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı olduğu kimi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. Ümummilli liderin qurucusu olduğu və Prezident İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyəti ilə güclənən Yeni Azərbaycan Partiyası ölkəmizin qurtuluş simvoluna, tərəqqi rəmzinə çevrilib. Bu gün YAP Azərbaycan xalqı tərəfindən dəstəklənən, böyük nüfuza malik olan qüdrətli siyasi qüvvədir. Yeni Azərbaycan Partiyası öz ətrafında xalqımızın qabaqcıl ziyalılarını, intellektual potensialını birləşdirmək baxımından cəmiyyətin alternativsiz partiyasıdır.
Daha sonra Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Ramil Qurbanovun hesabat məruzəsi dinlənilib.
Məruzələr ətrafında YAP Qazax rayon təşkilatı Gənclər Birliyinin sədri Vüsal İsmayılov, YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Asya Alhüseynova, YAP Qazax rayon təşkilatının Şura üzvü Valeh Vəliyev, partiya fəalı Məmməd Yusifov, Milli Məclisin deputatı Naqif Həmzəyev, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edib, Yeni Azərbaycan Partiyasının yaranması zərurətindən ətraflı danışıblar. Qeyd ediblər ki, xalqımız 1992-ci ilin noyabrında Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasını böyük sevinclə qarşılayıb. Hazırda digər yerlərdə olduğu kimi, Qazax rayonunda da quruculuq işləri böyük vüsət alıb. Çıxış edənlər YAP Qazax rayon təşkilatının hesabat dövrü ərzində qənaətbəxş fəaliyyət göstərdiyini vurğulayıblar.
YAP Qazax rayon təşkilatının hesabat dövrü ərzində fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
YAP Qazax rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun hesabatı qəbul edilib.
Sonra təşkilati məsələlərə baxılıb. Həmid Təşkilat oğlu Pənahov yekdilliklə yenidən YAP Qazax rayon təşkilatının sədri seçilib. Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının konfransının qətnaməsi qəbul olunub. Həmçinin təşkilatın 45 nəfərdən ibarət Şurası və 5 nəfərdən ibarət Nəzarət-Təftiş Qrupu seçilib.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

