Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatında növbəti yığıncaq keçirilib
22.03.2018 [09:43]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatında növbəti yığıncaq olub. Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, Azərbaycan dövləti aprelin 11-də keçiriləcək prezident seçkilərinin beynəlxalq standartlara uyğun demokratik keçirilməsi üçün lazımi şəraiti yaradıb. Ölkəmizdə seçkiöncəsi durumun sabit olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqı bu seçkilərdə də yüksək fəallıq nümayiş etdirərək dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən bu prosesə öz töhfəsini verəcək.
Millət vəkili A.Hüseynov daha sonra bildirib ki, artıq martın 19-dan etibarən təbliğat-təşviqat kampaniyasına start verilib. Onun sözlərinə görə, partiyanın digər şəhər və rayon təşkilatları kimi, Qaradağ rayon təşkilatı da seçkilər prosesinin çox mühüm mərhələsi olan təbliğat-təşviqat mərhələsinə çox ciddi şəkildə hazırlaşıb. Qısa vaxtda təşviqat xarakterli plakat və broşürlərin seçicilərə paylandığını bildirən rayon təşkilatının sədri əlavə edib ki, kampaniya ərzində həmçinin seçki qanunvericiliyinə müvafiq şəkildə müəyyənləşdirilmiş açıq və qapalı yerlərdə seçicilərlə çoxsaylı görüşlərin keçirilməsi nəzərdə tutulur. O əminliklə bildirib ki, YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat və təşviqat kampaniyasına böyük dəstək verən Qaradağ rayon seçiciləri qarşıdan gələn prezident seçkilərində də birmənalı şəkildə cənab İlham Əliyevə səs verəcəklər. Çünki Azərbaycan Prezidenti İlham Əliyev ötən 15 il ərzində dövlətimizin inkişafı, xalqımızın rifah halının yaxşılaşdırılması, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi və nüfuzlu, qüdrətli dövlətlər sırasında yer alması üçün çox genişmiqyaslı fəaliyyəti ilə hər bir vətəndaşımızın dəstəyini, sevgisini qazanıb. “Ona görə də biz qətiyyətlə deyə bilərik ki, cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz seçimidir”.
Tədbirdə daha sonra seçkilər prosesinin qarşıdakı mərhələsində görüləcək işlər, rayon təşkilatının qarşısında duran vəzifələr müzakirə olunub, müxtəlif suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

