Azərbaycan Rus İcmasının üzvləri cənab İlham Əliyevə səs verəcəklər
29.03.2018 [10:40]
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər. Partiyanın Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd cənab İlham Əliyevin seçki kampaniyası çərçivəsində növbəti görüş Azərbaycan Rus İcmasının Nizami rayon şöbəsinin üzvləri ilə keçirilib.
Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan rusları inkişaf strategiyası Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunmuş demokratik, suveren, iqtisadi cəhətdən uğurla inkişaf edən dövlətdə yaşayan və çalışan tamhüquqlu vətəndaşlardır.
Çıxış edən Azərbaycan Rus İcmasının rəhbəri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin deyib ki, biz müstəqil, dinamik inkişaf edən Azərbaycanın müasir tarixinə birlikdə daxil olmuşuq. Bizim üçün doğma olan bir ölkənin həyatına və tərəqqisinə töhfə verməyə çalışırıq: “Bütün Azərbaycan xalqı kimi Azərbaycanın Rus İcması da Prezidentimiz İlham Əliyevin inkişaf etmiş demokratik, hüquqi dövlət quruculuğuna, cəmiyyətdə həmrəyliyə, Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri arasında tolerantlıq və dostluq mühitinin möhkəmlənməsinə, ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə və xalqın həyat səviyyəsinin artmasına yönəldilmiş əməli fəaliyyətini yüksək qiymətləndirir. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti seçkilərində Rus İcması layiqli namizəd kimi cənab İlham Əliyevi yekdilliklə dəstəkləyir. Biz taleyimizi və uşaqlarımızın taleyini əvvəlki kimi ona etibar edirik”.
Tədbirdə çıxış edən Azərbaycan Rus İcmasının Nizami rayon şöbəsinin sədri Vitali Kovalyov, rayon sakini Viktoriya Vasilyevna, Azərbaycan Rus Gəncləri Assosiasiyasının sədri Roman Boriskin və başqaları bildiriblər ki, ruslar müstəqil Azərbaycan Respublikasında özlərini ölkənin tamhüquqlu vətəndaşları kimi hiss edirlər və bunun müqabilində gündən-günə inkişaf edən respublikamızın daha da qüdrətlənməsinə, çiçəklənməsinə öz əməli töhfələrini verirlər. Bütün bunlar isə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasətini cənab İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində mümkün olub. Ona görə də, Azərbaycan Rus İcmasının üzvləri budəfəki prezident seçkilərində də fəal olacaq, səsvermə məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verəcəklər.
Xəbər lenti
Hamısına baxSosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25

