/ / Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən birinə çevrilib
Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən birinə çevrilib
05.05.2018 [15:51]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə mayın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının qərargahında tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən söz açıb. Qeyd olunub ki, bütün ömrünü dövlətimizin inkişafına, xalqımızın rifahına həsr edən dahi şəxsiyyət ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ulu öndər Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin, demokratiyanın inkişafı üçün fədakarlıqla çalışıb. Onun Azərbaycana rəhbərliyinin birinci dövründə həyata keçirdiyi əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti var. 1969-1982-ci illər Azərbaycan tarixində hərtərəfli inkişaf, köklü yeniləşmə, dinamiklilik, işgüzarlıq kimi keyfiyyətlərin formalaşması dövrüdür.
Qeyd edilib ki, sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi də dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı, respublikanın parçalanması təhlükəsi aradan qalxdı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı. Beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıldı, məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadi inkişafının mahiyyətcə yeni mərhələsinin təməli qoyuldu. Həmçinin başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiya formalaşmağa başladı.
Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini - müstəqil, demokratik Azərbaycanı miras qoyub, dövlətimizi Öz şəxsi nüfuzu və əməli fəaliyyəti ilə dünyada tanınıb. Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan dünyanın ən qüdrətli ölkələrindən birinə çevrilib.
Tədbirdə çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlar Gövhər Baxşəliyeva, Aqil Abbas, Elmira Axundova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı və “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev Ulu öndərin Azərbaycana rəhbərliyi illərindəki çoxşaxəli fəaliyyəti, gördüyü mühüm işlər barədə danışıblar. Bildiriblər ki, bütün mənalı həyatını Öz xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Dahi şəxsiyyətin əsasını qoyduğu inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Xəbər lenti
Hamısına baxSiyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45

