/ / YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Azərbaycan-Rusiya əlaqələrinin möhkəmləndirilməsində gənclərin rolu” mövzusunda konfrans keçirilib
YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Azərbaycan-Rusiya əlaqələrinin möhkəmləndirilməsində gənclərin rolu” mövzusunda konfrans keçirilib
02.10.2018 [09:03]
Sentyabrın 29-da Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında partiyanın Gənclər Birliyinin təşkilatçılığı ilə “Azərbaycan-Rusiya əlaqələrinin möhkəmləndirilməsində gənclərin rolu” mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizdə səfərdə olan Rusiyanın “Vahid Rusiya” Partiyasının gənclər qolu olan “Gənclər Qvardiyası” (MGER) Ümumrusiya İctimai Təşkilatının nümayəndə heyətinin üzvləri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov Azərbaycanla Rusiya arasında yüksək əlaqələrin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, hər iki ölkənin gəncləri bu əlaqalərin inkişafına töhfə verirlər.
Konfransda çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov MGER Ümumrusiya İctimai Təşkilatının nümayəndələrinin ölkəmizə səfərini iki ölkə arasında yüksək münasibətlərin göstəricisi kimi dəyərləndirib. YAP Gənclər Birliyinin beynəlxalq əlaqələrindən danışan S.Orucov qeyd edib ki, təşkilat Rusiyanın “Vahid Rusiya” Partiyasının gənclər qolu olan “Gənclər Qvardiyası” ilə geniş əməkdaşlığa malikdir. Azərbaycanla Rusiya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu deyən S.Orucov qarşılıqlı əlaqələrin bütün sahələri əhatə etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, əlaqələrin inkişafında hər iki dövlətin prezidentlərinin dostluq münasibətləri də xüsusi rol oynayır.
Yeni Azərbaycan Partiyası ilə “Vahid Rusiya” Partiyası arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən YAP GB-nin sədri iki ölkənin hakim partiyalarının gəncləri arasında əməkdaşlığın genişlənməsinin əhəmiyyətini vurğulayıb. Onun fikrincə, “Gənclər Qvardiyası” təşkilatının nümayəndə heyətinin Azərbaycana səfəri bu önəmin göstəricisidir. S.Orucov qeyd edib ki, gənclərin qarşılıqlı əlaqələrinin genişlənməsi bütövlükdə iki ölkə arasında münasibətlərin güclənməsində də vacib rol oynayır.
Daha sonra konfransda MGER tərəfindən hazırlanmış “Qəhrəmanlıq zamanı deyil” sənədli filmi nümayiş olunub.
MGER-in Koordinasiya Şurasının üzvü, təşkilatın Tatarıstan regional şöbəsinin rəhbəri Dinar Bariyev tədbirdə çıxışı zamanı filmin əhəmiyyətindən danışarkən qeyd edib ki, bu filmdə gənc qəhrəmanlardan bəhs olunur. Belə ki, bu gənclərin etdikləri fədakarlıqlar özünüreklam məqsədi güdmür, əksinə, bir insanlıq nümunəsidir. Bu baxımdan, film maarifləndirici əhəmiyyətə malikdir.
Dinar Bariyev Azərbaycanla Rusiyanın strateji tərəfdaş olmaqla yanaşı, həm də dost ölkələr olduğunu diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyası ilə “Vahid Rusiya” Partiyasının əməkdaşlığının əhəmiyyətindən danışan D.Bariyev qeyd edib ki, hər iki partiyanın gəncləri arasında da sıx dostluq münasibətləri mövcuddur. O bildirib ki, nümayəndə heyətinin tərkibində təşkilatın müxtəlif regionlar üzrə strukturlarının rəhbər şəxsləri təmsil olunurlar. Bu da partiyaların gəncləri arasında dostluq münasibətinin göstəricisidir. D.Bariyev gənclər arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını söyləyib. Çünki bu əlaqələrin inkişafı hər iki ölkənin maraqlarına uyğundur.
O həmçinin MGER-in fəaliyyəti haqqında konfrans iştirakçılarına geniş məlumat verib.
Konfransda digər çıxış edənlər də Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafında gənclərin rolunun əhəmiyyətini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58

