YAP Sumqayıt şəhər təşkilatı bələdiyyə seçkilərinə hazırdır
29.10.2009 [10:10]
Onun sözlərinə görə, hər dəfə cəmiyyətin tələblərinə cavab verən, regional və qlobal çağırışlarla uzlaşdırılan yeni konsepsiya ortaya qoyan YAP bütün siyasi kampaniyalarda parlaq qələbə qazanır: “Əlbəttə ki, bunun əsasında xalq sevgisi və inamı durur”.
YAP Sumqayıt şəhər təşkilatının qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq işləri haqqında danışan Asif İmaməliyev deyib ki, ümumilikdə 3 bələdiyyə üzrə 47 namizəd irəli sürülüb: “H.Zeynalabdin bələdiyyəsi üzrə 15, Sumqayıt bələdiyyəsi üzrə 19 və Corat bələdiyyəsi üzrə 13 nəfərin namizədliyini irəli sürmüşük. Artıq namizədlər imzaları toplayaraq dairə seçki komissiyalarına təqdim edirlər. Düşünürəm ki, xalqın YAP-a olan etimadı, inamı və sevgisi partiyamıza budəfəki seçkilərdə də möhtəşəm qələbə gətirəcək. Əvvəlki illərdə bəzi bələdiyyələr işlərinə etinasız yanaşdıqlarından bir sıra problemlər yaşanmışdı. Amma bu dəfə “bələdiyyələr Azərbaycan xalqına yerlərdə yüksəksəviyyəli xidmət göstərməlidir” fəlsəfəsilə özünüidarə sahələrinə yeniliklər gətiriləcək”.
Şəhər təşkilatının sədri onu da deyib ki, bələdiyyə seçkilərində namizəd irəli sürmək üçün insan tapa bilməyən müxalifət siyasi səhnədən silinməkdədir: “Bu fikirlər dəfələrlə səslənib. Amma bir daha xatırlatmaq istəyirəm ki, dekabrın 23-də 1700-dən artıq bələdiyyəyə seçkilər keçiriləcək. Hər bir bələdiyyəyə ən azı 5-6 nəfərin namizədliyini irəli sürmək üçünsə, ən azı 9000-10 000 insan lazımdır. Bu qədər insan isə müxalifətdə yoxdur. Yəni, sosial bazası olmayan müxalifətin seçkilərdə necə iştirak edəcəyi hələ də məlum deyil”.
YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin sədri Ceyhun Məmmədov deyib ki, sumqayıtlı gənclər bələdiyyə seçkilərində də aktiv olacaq və yüksək nəticələrin əldə edilməsi üçün öz töhfələrini verəcəklər: “Gənclər Birliyi olaraq bütün siyasi kampaniyalarda gənclərin mütəşəkkil şəkildə iştirakına nail olmuşuq. ötən siyasi kampaniyalarda əldə olunmuş nəticələr bunu bir daha sübut etdi. Əminəm ki, bələdiyyə seçkilərində də, gənclərimiz aktiv olacaq və yüksək nəticələrin əldə edilməsi üçün öz töhfələrini verəcəklər”.
YAP Sumqayıt şəhər təşkilatının Qadınlar Şurasının sədri Nazilə Cəlilova isə vurğulayıb ki, qadınlar cəmiyyətimizdə xüsusi çəkiyə və fəallığa malikdir: “Qadınların budəfəki bələdiyyə seçkilərində namizəd kimi iştirak payı yüksək olacaq. ümumiyyətlə, Azərbaycan qadını hər zaman ictimai-siyasi proseslərdə fəallıq nümayiş etdirib. Bu, özünü əvvəlki siyasi proseslərdə də göstərib. Heç şübhə etmirəm ki, Sumqayıt qadınları budəfəki seçkilərdə də xüsusi fəallıq nümayiş etdirəcəklər”.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Dünya
09 İyun 19:51
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02

