Bələdiyyə seçkiləri üzrə təbliğat kampaniyası davam edir
02.12.2009 [10:04]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat kampaniyasına start verilib. Yeni Azərbaycan Partiyası hər zaman olduğu kimi, bu seçki kampaniyasında da seçicilərlə görüşüb. Hacıqabul rayonunun Rəncbər kəndində baş tutan görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov bələdiyyələrin yaranmasının hüquqa və insan azadlığı prinsipinə əsaslandığını bildirib: “Azərbaycan Respublikasının Konstitusiyasının 142-ci maddəsində bələdiyyələrin formalaşması və hüquqları müəyyən olunub. Göstərilir ki, yerli özünüidarəni həyata keçirən bələdiyyə seçkilər əsasında yaradılır. Bələdiyyələrə seçkilərin qaydaları və bələdiyyələrin statusu qanunla müəyyən edilir. Dekabrın 23-də biz növbəti dəfə bələdiyyə seçkilərində iştirak edəcəyik. Mən inanıram ki, hər zaman dövlətçiliyə sədaqəti ilə seçilən Hacıqabul seçiciləri bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək”.
çıxış edən Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan Respublikasında bələdiyyələrin hüquq və vəzifələrinin “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tənzimləndiyini deyib. H.Babaoğlu qanunda bələdiyyələrin yerli sosial müdafiə və sosial inkişaf, yerli iqtisadi inkişaf və yerli ekoloji inkişafla bağlı proqramlarının mövcudluğunun vacibliyinin vurğulandığını deyib: “ümumiyyətlə, son on ildə bələdiyyələrlə bağlı 30-a qədər qanun hazırlanıb. Bu isə onu deməyə əsas verir ki, bələdiyyələrin fəaliyyətinin, onların statusunun təkmilləşdirilməsini nəzərdə tutan qanunvericilik bazası tamamlanıb. Digər tərəfdən, bələdiyyələrlə bağlı aparılan son islahatlar bələdiyyələrin inkişafında mühüm rol oynayacaq. Bələdiyyələrin birləşdirilməsi bu yerli özünüidarə strukturunun daha mütəşəkkil şəkildə işləməsinə imkan verəcək”.
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək Yeni Azərbaycan Partiyası daim bələdiyyələrin inkişafına öz töhfəsini verib. H.Babaoğlu bildirib ki, yaradılmasında yüz minlərlə YAP üzvünün yaxından iştirak etdiyi bələdiyyə sistemi hər zaman xalqa xidmət prinsipini prioritet sayıb: “Yeni Azərbaycan Partiyası öz seçki proqramında “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın (2009-2013) və “Azərbaycan Respublikasının avtomobil yollarının yeniləşdirilməsi və inkişafı” Dövlət Proqramının (2006-2015) icrasında bələdiyyələrin fəal iştirakının təmin edilməsi ilə bağlı müddəaya yer verib. Bu isə ölkəmizin inkişaf tempinin daha sürətli olmasına imkan yaradacaq amillərdəndir. Bundan başqa, Yeni Azərbaycan Partiyası bələdiyyə məktəblərinin və uşaq bağçalarının yaradılması ilə bağlı təşəbbüs irəli sürüb. Bütün irəli sürülən təkliflər, təşəbbüslər yalnız vətəndaşların rahatlığı üçündür. Yeni Azərbaycan Partiyası hər zaman xalqın partiyası olduğunu sübut edib, bu gün də edir. Böyük xalq dəstəyinə malik olan partiyamız insanların problemləri ilə yaxından tanış olur, onların həllində rol oynayır. Bu baxımdan mən inanıram ki, Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi, dekabrın 23-də keçiriləcək seçkilərdə də inamlı qələbə qazanacaq”.
Millət vəkili, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Astan Şahverdiyev də Yeni Azərbaycan Partiyasının hər zaman xalq tərəfindən dəstəkləndiyini deyib. Millət vəkili partiyanın bu inamı öz fəaliyyəti ilə qazandığını önə çəkib: “Yeni Azərbaycan Partiyası seçicilərin qarşısına öz proqramı ilə çıxıb. Partiyamızın istək və arzuları, qarşısına qoyduğu məqsədlər bu proqramda öz əksini tapıb. Mən inanıram ki, seçicilər hər zaman olduğu kimi, real işə qiymət verəcəklər. Azərbaycan Prezidenti, cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası hər zaman vətəndaşların rifahına çalışır. Mən əminəm ki, seçicilər səs verərkən bu dəfə də bu amili yüksək qiymətləndirəcək”.
çıxış edən Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, millət vəkili Əkrəm Abdullayev yerli özünüidarə institutunun-bələdiyyənin Azərbaycanda demokratik dövlət və vətəndaş cəmiyyətinin başlıca atributlarından sayıldığını bildirib: “Yeni Azərbaycan Partiyası hər zaman olduğu kimi, bu dəfə də xalqın iradəsinə inanır və əmindir ki, vətəndaşlarımız onların həyat şəraitlərinin yaxşılaşdırılmasına xidmət göstərən ümummilli lider Heydər Əliyev siyasi kursuna dəstək verəcək. çünki Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır və bu seçkiyə də xalqa xidmət naminə gedir”.
Daha sonra Rəncbər kənd bələdiyyəsi üzvlüyünə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizəd Ramazan Abbasov çıxış edib. Tədbirin sonunda səlahiyyətli nümayəndələr seçicilərin suallarını cavablandırıblar.
Xəbər lenti
Hamısına baxSosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41

