YAP Binəqədi rayon təşkilatında “Qurtuluşdan tərəqqiyə” adlı tədbir keçirilib
14.06.2019 [09:33]
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binasında 15 İyun - Milli Qurtuluş Günü və Heydər Əliyev dərslərinin yekunu ilə bağlı “Qurtuluşdan tərəqqiyə” adlı tədbir keçirilib. Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündəki abidəsinin qarşısına gül dəstələri düzərək, Ümummilli Liderimizin əziz xatirəsini ehtiramla yad ediblər. Tədbirin rəsmi hissəsinə başlamazdan öncə Heydər Əliyev dərslərinin silsilə tədbirlərindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Heydər Əliyev dərslərinin Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin araşdırılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə keçirildiyini bildirib. R.Göyüşovun sözlərinə görə, Heydər Əliyev dərsləri artıq altıncı ildir ki, keçirilir: “Bu il dərslərin formatında bir qədər dəyişikliklər edilərək, mühazirələrə ictimai-siyasi xadimlər, eləcə də idarəetmədə təcrübəsi olan şəxslər cəlb ediliblər”.
Tədbirdə geniş məruzə ilə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Əsgərov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, ölkəmizdə təhsilin inkişafı ilə bağlı mühüm qərarlar Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndərin təhsilə və yüksək təhsil görmüş ixtisaslı peşəkar kadrlara verdiyi qiymət Onun Azərbaycanın gələcəyi ilə bağlı konsepsiyasının tərkib hissəsi idi.
Tədbirdə çıxış edən Binəqədi rayonu 284 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Nizami Novruzov, Binəqədi rayonu 99 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi, Heydər Əliyev dərslərinin məruzəçisi Ruslan Məhiyev Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar.
Binəqədi rayonu 314 nömrəli tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi, Heydər Əliyev dərslərinin iştirakçısı Səbinə Nəsibli də çıxışında Ulu Öndərə həsr etdiyi esse yazısını təqdim edib.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov müstəqil və müasir Azərbaycanın qurucusu və memarı, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri olduğunu bildirib. V.İsmayılov qeyd edib ki, Ulu Öndərin zəngin və çoxşaxəli irsi daim araşdırılmalı, öyrənilməli və gənclərə çatdırılmalıdır.
Sonda il ərzində Heydər Əliyev dərslərində iştirak edən ən fəal 32 şagird və bir məruzəçi müəllimin mükafatlandırılması mərasimi keçirilib.
Tədbir bədii hissə ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

