YAP-ın namizədlərinin təbliğat-təşviqat kampaniyası davam edir
08.12.2009 [10:03]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin təbliğat-təşviqat kampaniyası davam edir. Kampaniya çərçivəsində növbəti görüş dekabrın 5-də Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsinin sakinləri ilə keçirilib. YAP Nərimanov rayon təşkilatının sədri, partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Təmraz Tağıyev, bələdiyyə seçkilərinin ölkənin siyasi həyatında mühüm hadisə olduğunu bildirib.
Seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağıran T.Tağıyev hakim partiyanın böyük seçki təcrübəsinin olduğunu da xatırladıb. Onun sözlərinə görə, məhz bu bələdiyyə seçkilərində böyük uğur qazanılmasını şərtləndirən amillərdən biri olacaq. Səlahiyyətli nümayəndə deyib ki, Nərimanov bələdiyyəsinə 19 üzv seçilməlidir. T.Tağıyev YAP tərəfindən seçkilərdə qadınların və gənclərin də namizədliyinə üstünlük verildiyini deyib. özünün də bələdiyyə üzvlüyünə namizəd olduğunu bildirən rayon təşkilatının sədri hər zaman olduğu kimi, budəfəki seçkilərdə də YAP tərəfindən bələdiyyələrə ən layiqli namizədlərin irəli sürüldüyünü vurğulayıb: “Nərimanov bələdiyyəsinə ümumilikdə 66 nəfər öz namizədliyini irəli sürüb. YAP-ın bələdiyyə üzrə hər bir yerə namizədi var. İnanırıq ki, doğru seçim edib YAP-ın namizədlərinə səs verəcəksiniz. çünki partiyamızın fəaliyyətinin əsas qayəsi xalqa xidmət etməkdir. Təsadüfi deyil ki, biz bələdiyyə seçkilərində “Xalqa xidmət naminə” şüarı ilə gedirik. Həmişə olduğu kimi, bu seçkilərdə də aktiv olun və 23 dekabrda səsvermədə fəal iştirak edin”.
YAP Nərimanov rayon təşkilatı İdarə Heyətinin üzvü, Tibb Universitetinin kafedra müdiri, professor Vəsadət Əzizov yerli özünüidarəetmə orqanlarının demokratik cəmiyyətin əsas atributlarından biri olduğunu bildirib. Onun sözlərinə görə, bələdiyyələrin ölkəmizdə yeni təsisat olmasına baxmayaraq, yerli özünüidarəetmə orqanlarına dair qanunvericilik bazası kifayət qədər mükəmməldir. Professor eyni zamanda qeyd edib ki, yerli özünüidarəetmə strukturlarının vəzifəsi insanlara səmərəli xidmət göstərmək və sosial məsələlərin həllinə daha peşəkar yanaşmaqdan ibarətdir. YAP-ın ölkədə ən güclü partiya olduğunu deyən V.Əzizovun sözlərinə görə, partiyanın namizədləri bələdiyyələrdə təmsil olunmağa layiqli insanlardır.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, partiyanın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi Vüqar Rəhimzadə öncə bütün namizədlərə uğurlar arzulayıb. Bələdiyyə seçkilərinin digər siyasi kampaniyalardan fərqli olduğunu deyən Vüqar Rəhimzadənin sözlərinə görə, burada əsas amil yerlərdə insanlarla münasibətdə olan şəxslərin nüfuzu, şəxsi keyfiyyətləridir: “Bələdiyyələrə seçilmiş şəxslər yerli əhali ilə sıx münasibətlər qurmalı, problemlərin aradan qaldırılmasında böyük rol oynamalıdırlar”.
V.Rəhimzadə bələdiyyə orqanlarının demokratik prinsiplərdən çıxış edərək daha məsuliyyətli fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.
YAP-ın Nərimanov bələdiyyəsi üzrə namizəd Adil Ağayev bələdiyyələrin ölkənin sosial həyatında vacib rol oynadığını bildirib. Onun sözlərinə görə, zaman keçdikcə bu təsisatın cəmiyyətdəki rolu artır. “ötən 10 il ərzində bələdiyyələr müəyyən təcrübə qazanıblar. Onların fəaliyyəti təkmilləşməyə doğru gedir. Bu prosesdə YAP-ın rolu xüsusi qeyd edilməlidir. YAP xalqa xidmət edən partiya kimi bütün proseslərin önündə gedir. Bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməklə gələcəkdə sosial məsələlərin həllində özünüzə ən yaxın silahdaşlar qazanacaqsınız” - deyə o, vurğulayıb.
YAP tərəfindən Nərimanov bələdiyyəsinə namizədliyi irəli sürülmüş Xanoğlan Qənbərov çıxışında rayonun son illər xeyli inkişaf etdiyini bildirib. O, qeyd edib ki, bələdiyyə üzvləri öz vəzifələrini yaxşı bilməlidirlər: “Biz namizəd olaraq üzərimizə düşən vəzifələri aydın şəkildə dərk edirik. Bələdiyyə üzvləri daim insanların arasında olmalı, onların qayğılarının aradan qaldırılmasında öz səlahiyyətləri çərçivəsində iştirak etməlidir. Bu məsuliyyəti dərk edərək seçkilərdə iştirak edirik”.
Nərimanov bələdiyyəsinə digər namizəd Soltan Şahhüseynov isə seçicilərin etimadını qazanacaqlarına inandığını deyib: “Nərimanov seçiciləri daim düzgün seçim ediblər. Hər zaman dövlətçiliyin müdafiəsində dayanan rayon seçilərinin bu seçkilərdə də YAP-ın namizədlərinə səs verəcəklərinə inanırıq”.
Dünən isə Nərimanov rayonu Araz küçəsinin sakinləri ilə görüş keçirilib. YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, partiyanın Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bələdiyyə seçkilərinin ölkənin həyatında əhəmiyyətli siyasi kampaniya olduğunu bildirib. Onun sözlərinə görə, bütün seçkilərdə olduğu kimi, bu siyasi kampaniyada da YAP mütəşəkkil formada iştirak edir. T.Tağıyev seçiciləri iqtidar partiyasının namizədlərinə səs verməyə çağırıb.
YAP bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyeva bu seçkilərdə qadınların da fəal şəkildə iştirak etdiyini deyib. Onun sözlərinə görə, insanların sosial problemlərini qadınlarımız hamıdan yaxşı duyur və dərk edir. övladlarımızın gələcəyi, cəmiyyətimizin, həmçinin, gəncliyimizin tərəqqisi qadınların da fəallığından çox asılıdır. Hazırda zərif cinsin nümayəndələrinin bələdiyyələrdə təmsilçiliyinin prioritet məsələ olduğunu deyən səlahiyyətli nümayəndə hesab edir ki, qadınların bələdiyyələrdə təmsilçiliyinin artması ümumi işin xeyrinə olacaq. Bunu nəzərə alsaq, partiyamızın bu qərarının nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini görərik və bu addım yüksək qiymətləndirilməlidir. “Yeri gəlmişkən, qeyd edim ki, partiyamızın bu istiqamətdə apardığı təbliğat işi artıq öz bəhrəsini verməkdədir. Bu gün mən tam məsuliyyətimlə deyə bilərəm ki, bu seçkilərdə Azərbaycan qadınları ötən seçkilərə nisbətən daha çox təmsil olunurlar. Bu özünü statistik rəqəmlərlə də ifadə edir. Məsələn, ötən bələdiyyə seçkilərində qadınların bu prosesdə iştirakı 3-4 faizlə ifadə olunurdusa, artıq bu seçkilərdə YAP-ın irəli sürdüyü namizədlər sırasında qadınlar təxminən 30 faiz təşkil edir. Məlumat üçün deyim ki, YAP-ı təmsil edən qadınların demək olar ki, hamısının bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınıb. Artıq təşviqat kampaniyası ciddi şəkildə davam edir və inanıram ki, bu mərhələni də uğurla həyata keçirəcəyik” - deyə, N.Əliyeva vurğulayıb.
NADİR
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

