/ / YAP-ın Siyasət Akademiyası “Azərbaycanda daxili sabitlik və təhlükəsizlik üçün mümkün təhdidlər, ölkədə səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsi siyasəti” mövzusunda sonuncu kursu keçirib
YAP-ın Siyasət Akademiyası “Azərbaycanda daxili sabitlik və təhlükəsizlik üçün mümkün təhdidlər, ölkədə səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsi siyasəti” mövzusunda sonuncu kursu keçirib
28.01.2020 [10:17]
Yanvarın 25-də Yeni Azərbaycan Partiyasının (YAP) Siyasət Akademiyası “Azərbaycanda daxili sabitlik və təhlükəsizlik üçün mümkün təhdidlər, ölkədə səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsi siyasəti” mövzusunda sonuncu kursu təşkil edib.
Kursda ilk olaraq Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı gənclər üçün “Azərbaycanda daxili sabitlik və təhlükəsizlik üçün mümkün təhdidlər” mövzusunda məruzə ilə çıxış edib. Onun sözlərinə görə, son illər dünyanın müxtəlif bölgələrində, o cümlədən Avropada çox təhlükəli proseslər baş verib. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşayıb. Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan bütün risklərdən özünü qoruya bilib, bu gün də qoruyur və heç bir şübhə yoxdur ki, bundan sonra da qoruyacağıq. Azərbaycan xalqı ötən 17 il ərzində sabitlik şəraitində yaşayıb və yaşayır. Bu da ölkənin inkişafı üçün əsas şərtdir. Məlahət İbrahimqızı bildirib ki, bu gün Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Buna görə də ölkəmiz hazırda regional güc mərkəzi kimi bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmiz konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aktorları olan milli dövlətlər üçün strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu ifadə edirlər.
Daha sonra mühazirə ilə çıxış edən Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, Azərbaycanda 1993-cü ildən bəri milli birlik - vətəndaş həmrəyliyi siyasəti yürüdülür və bunun da nəticəsində səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyi hökm sürür. Xalq birmənalı olaraq Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasətini müdafiə edir. Dövlət də o zaman güclü olur ki, arxasında xalq dayanır. Yəni millət öz dövlətini və onun rəhbərini müdafiə edəndə dövlət, sözün həqiqi mənasında, hər şeyə qadir olur. İndiki Azərbaycan reallığı məhz belədir. Ölkədə keçirilən prezident seçkilərində də seçicilərin mütləq əksəriyyətinin Azərbaycan Prezidentinin lehinə səs verməsi göstərdi ki, xalqın böyük əksəriyyəti dövlət başçısının atdığı bütün addımları dəstəkləyir. Bunun səbəbi odur ki, həmin addımlar xalqın mənafeyinə, sosial rifahının yüksəlməsinə hesablanıb. Məhz bu cür siyasətin sayəsində Azərbaycanda sabitlik hökm sürür. Dövlət başçısı da yalnız milli maraqlara söykənən müstəqil siyasət həyata keçirir. Çünki bu gün ölkəmizin inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri də genişməzmunlu islahatların həyata keçirilməsi ilə bağlıdır. Azərbaycanda prioritet sahələrin üstün inkişafının təmin edilməsinə hesablanan islahatlar həyata keçirilərkən mütləq qlobal miqyasda meydana çıxan yeni çağırışlar nəzərə alınır, eyni zamanda, mövcud daxili potensial və cəmiyyətin sosial sifarişləri əsas götürülür. Belə bir rasional vəhdətin təmin edilməsi öz növbəsində islahatların uğurla həyata keçirilməsini və bunun nəticəsi olaraq respublikamızın bütün istiqamətlərdə böyük uğurlara imza atmasını şərtləndirir.
Daha sonra kursda iştirak edən gənclərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37

