/ / Mirsüleyman Mirxaslı: Koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə təşəbbüslər məhz Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb
Mirsüleyman Mirxaslı: Koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə təşəbbüslər məhz Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb
09.07.2020 [09:32]
“Bu gün təkcə Azərbaycan deyil, bütün dünya böyük bir sınaq qaşısındadır. Bəşəriyyət II Dünya müharibəsindən sonra növbəti böyük bir fəlakətlə, qorxunc pandemiya ilə üz-üzədir. Onun ümumbəşəri bəla olmasının, dünya üçün təhlükəlilik dərəcəsinin xarakteri pandemiyanın görünməz, gizli düşmən olmasıdır. Bunun özü COVID-19-un bütün dünyanın problemi olduğunu göstərir. Çünki bir ölkədə bu problemin minimuma endirilməsi, o ölkənin bu bəladan qurtulması anlamına gələ bilməz”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı deyib.
Onun sözlərinə görə, son ayların təcrübəsi göstərdi ki, qlobal humanitar fəlakətdən və iqtisadi böhrandan xilas olmağın yeganə yolu bütün ölkələrin pandemiyaya qarşı birgə və effektiv addımlar atmasından keçir: “Yalnız bütün ölkələrin birgə səyi və çevik, koordinasiyalı addımları fəlakətin miqyasını azalda və ya ona son qoya bilər”.
M.Mirxaslı deyib ki, pandemiya ilə mübarizə istiqamətində Prezident İlham Əliyevin atdığı əməli addımlar böyük əhəmiyyət kəsb edir: “Azərbaycan dövləti bu istiqamətdə öz potensialının verdiyi imkanlardan da artıq səylər göstərir və bu səylər həm Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), həm də ayrı-ayrı ölkələr tərəfindən yüksək qiymətləndirilir. Ölkəmiz pandemiyanın yaratdığı iqtisadi-maliyyə çətinliklərinə baxmayaraq, ÜST-ə könüllü ianə ayırıb, digər ölkələrə də yardımını əsirgəmir”.
Rayon təşkilatının sədrinin sözlərinə görə, təqdirəlayiq haldır ki, koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə təşəbbüslər məhz Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb: “Məlum olduğu kimi, Qoşulmama Hərəkatının Sədri olaraq Azərbaycan Prezidenti İlham Əliyev qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsini təklif edib və bu təşəbbüsə artıq dünyanın 130-dan çox dövləti dəstək verib. Şübhəsiz ki, bu hadisə xalqımız üçün qürurverici hadisə olmaqla yanaşı, eyni zamanda da dünya dövlətlərinin Azərbaycana olan böyük etimad və ehtiramının təzahürüdür”.
“Ümidvarıq ki, bütün dünya üçün həyati əhəmiyyət daşıyan xüsusi sessiya tez bir zamanda təşkil olunacaq və uğurla yekunlaşacaq, pandemiya qarşı mübarizədə dünya ölkələrinin həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyət qlobal bəladan xilas olmağımıza vəsilə olacaq”, - deyə M. Mirxaslı vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

