YAP-ın və AK Partiyanın gəncləri bir araya gəliblər
22.07.2020 [09:26]
İyulun 20-də Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı Gənclər Birliyi və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Kayseri Rayon Gənclər Qolu arasında son günlər Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vermiş təxribatlar fonunda Azərbaycan və Türkiyə gənclərinin Azərbaycanın haqq səsinin müdafiə olunmasında rolu mövzusunda videokonfrans formatında iclas keçirilib. İclasda YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, Gənclər Birliyinin İdarə Heyətinin üzvləri, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və AK Partiyanın Kayseri Rayon Gənclər Qolunun başqanı Furkan Şimşək, Gənclər Qolunun İdarə Heyətinin üzvləri iştirak edib.
İclası giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev bildirib ki, hər iki ölkənin gəncləri arasında keçirilən görüşlərin, tədbirlərin sayı daha da artıb. Bu əlaqələrdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ilə Ədalət və İnkişaf Partiyasının Gənclər Qolu arasında əməkdaşlığın xüsusi önəmi var.
Son günlər Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş vermiş təxribatlar barədə məlumat verən Fəsli Nəbiyev bildirib ki, Ermənistan tərəfindən ölkəmizə qarşı törədilən təxribatlar nəticəsində sərhəd boyu ərazilər, yaşayış yerləri atəş altında qalıb, 12 hərbi qulluqçumuz şəhid olub, 1 nəfər mülki vətəndaşımız isə artilleriya atışları nəticəsində qətlə yetirilib. Türkiyənin bu hadisələrə Prezident Rəcəb Tayyib Ərdoğan səviyyəsində ilk münasibət bildirən, qardaş ölkə olduğunu vurğulayaraq qeyd edib ki, bu addım Azərbaycanda böyük rəğbətlə qarşılanıb. Eyni zamanda, Ədalət və İnkişaf Partiyasının Gənclik Qolunun da bu hadisələrlə bağlı bəyanat yayması partiya gənclərinin Azərbaycana olan dəstəyini göstərir və Yeni Azərbaycan Partiyasının gəncləri olaraq bu dəstəyə görə təşəkkür edirik!
Ədalət və İnkişaf Partiyası Kayseri Rayon Gənclər Qolunun başqanı Furkan Şimşək keçirilən iclasın hər iki ölkənin gəncləri üçün önəmini vurğulayaraq, bunun YAP və AK Partiyası gəncləri arasındakı münasibətlərdə bir yenilik olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ordusunun mövqelərinə edilən hücumlar Türkiyə tərəfindən kəskin şəkildə pislənilir. Allahdan şəhid olan hərbi qulluqçularımıza və qətlə yetirilən dinc sakinimizə rəhmət diləyən Furkan Şimşək Türkiyə gənclərinin Ermənistan tərəfindən həyata keçirilən işğalçı siyasətə qarşı Azərbaycanın yanında olduqlarını bildirib.
Daha sonra çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, son dövrdə Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təxribatlar döyüş bölgəsində olmaqla yanaşı, informasiya sahəsində də özünü göstərməkdədir. Müasir dövrdə sosial şəbəkələrin önəmini vurğulayaraq gənclərin buradakı fəaliyyətinin daha da təkmilləşdirilməsinin əhəmiyyətini qeyd edən Fərid Şahbazlı Azərbaycan və Türkiyə gənclərinin sosial şəbəkələrdə hər iki ölkənin milli maraqlarının müdafiə olunmasında xüsusi rol oynadığını bildirib. Bu baxımdan, gənclərin sosial şəbəkələrdə Azərbaycanla bağlı həqiqətlərin daha geniş kütlələrə çatdırılması üçün birgə koordinasiyanın vacibliyini qeyd edərək onları bu istiqamətdə daha da fəal olmağa çağırıb.
Sonda iclas iştirakçıları arasında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09

