/ / YAP Yasamal rayon təşkilatının təşkilatçılığı ilə “Müasir dövrdə informasiya müharibəsi və medianın üzərinə düşən vəzifələr” mövzusunda videokonfrans keçirilib
YAP Yasamal rayon təşkilatının təşkilatçılığı ilə “Müasir dövrdə informasiya müharibəsi və medianın üzərinə düşən vəzifələr” mövzusunda videokonfrans keçirilib
28.07.2020 [09:08]
27 iyul tarixində YAP Yasamal rayon təşkilatının təşkilatçılığı ilə “Müasir dövrdə informasiya müharibəsi və medianın üzərinə düşən vəzifələr” mövzusunda videokonfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar jurnalist” adı alan qonaqlara təbriklərini çatdırıb və bu Sərəncamı dövlət başçısının jurnalistlərə olan diqqət və qayğısının təzahürü kimi qiymətləndirib. Daha sonra Tağı Əhmədov informasiya müharibəsində hər kəsin üzərinə məsuliyyət düşdüyünü qeyd edərək xüsusilə gənclərin sosial şəbəkələrdən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün aktiv istifadə etməsinin zəruriliyini vurğulayıb.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə tarixi həqiqətlərin, ermənilərin Azərbaycana qarşı törətdiyi vəhşiliklərin dünyaya çatdırılmasının məhz Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra sistemli xarakter aldığını diqqətə çatdırıb. İnformasiya təhlükəsizliyimizin bu gün müharibə şəraitində olan ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan Vüqar Rəhimzadə bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük işlər görüldüyünü nəzərə çatdıraraq dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı, vətəndaşlarımızın da maksimum səy göstərməsinin vacibliyini bildirib.
Bakı Dövlət Universitetinin (BDU) Jurnaslitika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu “Ekstremal dövrlərdə informasiya ilə manipulyasiya və təhlükəsizlik problemi” adlı slayd nümayiş etdirərək informasiya müharibəsində dövlətin üzərinə düşən vəzifələr barədə ətraflı çıxış edib. O, informasiya təhlükəsizliyinin dövlətin mövcudluğunu təmin edən başlıca şərtlətdən biri olduğunu bildirərək bu sahənin daim cəmiyyətimizin diqqət mərkəzində olmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda isə YAP Yasamal rayon təşkilatının fəalı, BDU-nun Geologiya fakültəsinin tələbəsi Kənan Məmmədlinin həlak olmuş şəhid hərbi qulluqçularımıza ithaf olunmuş “Ana, mən şəhid oldum” adlı kompozisiya səsləndirib.
“Zoom” platforması üzərindən təşkil olunmuş tədbiri 150-dən çox iştirakçı dinləyib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

