YAP-ın ötən 28 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır
20.11.2020 [14:33]
Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatında partiyanın yaranmasının 28-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə güllər düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev öncə 20 noyabr tarixinin Ağdamın, o cümlədən ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını bildirib: "Sentyabrın 27-də işğalçı Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun apardığı 44 günlük Vətən müharibəsi qələbəmizlə başa çatdı və imzalanan üçtərəfli bəyanata uyğun olaraq işğalçı ölkə əsgərləri noyabrın 20-də tamamilə Ağdamdan çəkildilər. Mən bu qələbə münasibətilə başda cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqını, o cümlədən ağdamlıları təbrik edirəm".
Çıxışına davam edən rayon təşkilatının sədri daha sonra partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib. Allahverən Əliyev bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qurucusu olduğu YAP qısa vaxt ərzində təşkilatlanaraq ölkənin ən güclü siyasi qüvvəsinə çevrilib. Onun sözlərinə görə, partiyanın ötən 28 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır: "Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP-ın cəmiyyətdə nüfuzunun artmasında, sıralarının genişlənməsində bu amilin rolu inkaredilməzdir".
Tədbirdə, həmçinin YAP Ağdam rayon təşkilatının İdarə Heyətinin üzvü Zülfü Qasımov, Arzu Rəhimova, Hüseyn Bayramov, Natiq Cavadov və başqaları çıxış edərək bildiriblər ki, çox zəngin, siyasi mübarizələrlə dolu şanlı tarixi olan YAP 28 illik fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb, dövlətçiliyimizin, dövlət müstəqilliyimizin qarantı olub.
Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə təbrik məktubu ünvanlanıb.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

