Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının ilk iclası keçirilib
19.03.2021 [09:34]
Martın 18-də Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının ilk iclası keçirilib.
İclasda çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin VII qurultaydakı çıxışından irəli gələn vəzifələrdən bəhs edib, bu vəzifələrin layiqincə icra edilməsində Veteranlar Şurasının üzvlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov YAP Veteranlar Şurasının Əsasnaməsinin yaradılmasının, partiyanın yeni Proqramına dair təklif və tövsiyələrin işlənib hazırlanmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb. Tahir Budaqov daha sonra Veteranlar Şurasının üzvlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İclasda YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə çıxış edərək, göstərilən yüksək etimada görə Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə təşəkkürünü bildirib. YAP-ın VII qurultayında Veteranlar Şurasının yaradılması haqqında qəbul edilmiş qərarı təqdirəlayiq hal hesab edən A.Rəhimzadənin sözlərinə görə, bu qurumun əsas vəzifələrindən biri yaşlı nəsil ilə gənclər arasında əlaqələrin gücləndirilməsidir: “Bizlər 1990-cı illərin əvvəllərində respublikada mövcud olan proseslərin iştirakçıları olmuşuq. O dövrdə respublikada xaos, qeyr-sabitlik hökm sürürdü. Bu vəziyyətdən istifadə edən Ermənistan torpaqlarımızın bir hissəsini işğal etdi. Belə bir şəraitdə sağlam düşüncəli insanlar, ziyalılar dövlətimizi və xalqımızı düşdüyü bu ağır vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyevin xilas edə biləcəyini düşünürdülər. Yeni Azərbaycan Partiyası məhz belə bir şəraitdə yaradıldı. Bütün bu tariximizi isə biz gənc nəslə olduğu kimi çatdırmalıyıq”.
YAP Veteranlar Şurasını sədri bu gün Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasəti sayəsində xalqımızın qələbə sevincini yaşadığını qeyd edib, bu uğurların davamlı olması üçün hər birimizin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
İclasda daha sonra YAP Veteranlar Şurasının Əsasnaməsinin hazırlanması əlaqədar işçi qrupun yaradılması haqqında qərar qəbul olunub. Həmçinin Yeni Azərbaycan Partiyasının yeni Proqramının hazırlanmasında təklif və tövsiyələrin irəli sürülməsi, eləcə də Veteranlar Şurasının iş planının hazırlanması ilə əlaqədar təkliflər müzakirə olunub.
Veteranlar Şurasının üzvlərindən Xeyrəddin Qoca, Südeyif İmamverdiyev, Misir Mərdanov, Şahlar Əsgərov, Tahir Məmmədov, Əli Həsənov və Ədilə Abbasova çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54

