/ / YAP Nərimanov rayon təşkilatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib
YAP Nərimanov rayon təşkilatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib
01.04.2021 [08:52]
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və təşkilatın Gənclər Birliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videokonfrans formatında birgə tədbir keçirib.
Öncə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Nərminə Yunusova, Humanitar kollecin müəllimi, tarixçi Rasim Rzaxanov, YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Vüsal Əliyev və başqaları son 200 ildə azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən soyqırımı cinayətlərinin xronologiyası ilə bağlı fikirlərini bildiriblər.
Qeyd olunub ki, 31 mart soyqırımı azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən kütləvi qırğın siyasətinin tərkib hissəsi olub. Bildirilib ki, XIX əsrin 90-cı illərində, 1905-1907, 1915-1920-ci illərdə Gəncədə, Qubada, Lənkəranda, Şamaxıda, Naxçıvanda, Bakıda, Kürdəmirdə azərbaycanlılara, yəhudilərə, ləzgilərə, kürdlərə və digər yerli əhaliyə qarşı erməni terrorçuları tərəfindən kütləvi qırğınlar həyata keçirilib. Həmin illərdən uzun bir müddət keçməsinə baxmayaraq, tarixçilərimiz, arxeoloqlarımız kütləvi insan qırğınlarının canlı şahidinə çevrilən onlarla məzarlıqlar aşkar ediblər. Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər nəticəsində Qubada, Şamaxıda, Gəncədə və bir sıra başqa regionlarda memorial komplekslər yaradılıb, çoxlu əsərlər, məqalələr yazılıb, abidələr qoyulub.
Tədbirdə qeyd edilib ki, ermənilər tərəfindən xalqımıza qarşı törədilən bütün soyqırımlarına hüquqi-siyasi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu olub və məhz Ulu Öndərin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Eyni zamanda, Prezident İlham Əliyevin Sərəncamı ilə tikilən Quba Soyqırımı Memorial Kompleksi ermənilərin xalqımıza qarşı törətdiyi bu qanlı cinayətin dünyaya tanıdılmasında əhəmiyyətli rol oynayır. Həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Heydər Əliyev Fondu çox mühüm rol oynayır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır.
Tədbirdə o da bildirilib ki, erməni vandalları azərbaycanlılara qarşı nə qədər amansızlıq və qəddarlıq etsələr də, Azərbaycan xalqının mətinliyini, müqəddəs Vətən və milli dövlətçilik naminə səfərbərliyini qıra bilməyiblər. 44 günlük Vətən müharibəsində şanlı ordumuz erməni işğalçılarının layiqli cavabını verdi. Bu gün biz artıq öz ərazi bütövlüyümüzü, suveren hüquqlarımızı bərpa etmişik. Erməni faşistlərinin darmadağın etdiyi doğma torpaqlarımızda yenidən quruculuq işlərinə başlamışıq və tezliklə bu yerlərə həyat qayıdacaq. Lakin xalqımızın yaşadığı tarixi faciələri heç zaman unutmamalıyıq.
Xəbər lenti
Hamısına baxGündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20

