Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Arif Fərzəliyev: Bütün bərpa işləri dövlətimizin xüsusi nəzarəti altında həyata keçirilir

Arif Fərzəliyev: Bütün bərpa işləri dövlətimizin xüsusi nəzarəti altında həyata keçirilir

10.04.2021 [09:16]

“30 ilə yaxın işğal altında qalmış torpaqlarımızda ermənilərin törətdikləri vandalizm nəticəsində rayon və kəndlərimiz tamamilə dağıdılıb, xarabalığa çevrilib. Amma Azərbaycan dövləti bu torpaqlarda yenidən bərpa, quruculuq işlərini uğurla həyata keçirəcək. Hələ 2016-cı ilin aprelində Lələtəpənin düşməndən azad edilməsindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası zamanı ölkə Prezidenti İlham Əliyev bunu “Böyük Qayıdışın” ilk addımı adlandırmışdı. Bu gün isə digər torpaqlarımız da öz azadlığına qovuşub və Prezident İlham Əliyev tərəfindən həmin ərazilərdə ardıcıl, planlı və məqsədyönlü şəkildə böyük quruculuq, tikinti işlərinin aparılması tapşırığı verilib”. Bu fikirləri açıqlamasında YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev deyib.

Onun sözlərinə görə, bərpa və quruculuq mərhələsində infrastruktur layihələrinin icra edilməsi, sosial obyektlərin inşası, yaşayış üçün şəraitin yaradılması, evlərin tikilməsi kimi işlər həyata keçiriləcək. “Əlbəttə ki, bütün bərpa işləri dövlətimizin xüsusi nəzarəti altında həyata keçirilir. İnanırıq ki, həmin ərazilərdə yaşayış üçün infrastruktur qurulduqdan sonra Qarabağda həyat yenidən canlanacaq, insanlarımız 30 ilə yaxındır ki, həsrət qaldıqları dədə-baba yurdlarına qovuşacaqlar”.

PƏRVİZ

Paylaş:
Baxılıb: 611 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31