Ermənistan cəmiyyətinin ciddi psixoloji durumu rəsmi İrəvanın işğalçı siyasətinin nəticəsidir
28.05.2021 [10:21]
Dahi mütəfəkkir Nizami Gəncəvi irsinin araşdırılması, dünyada təbliği, eləcə də tolerantlıq, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun təşviq edilməsi kimi mühüm missiyaları özündə birləşdirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyət sahələri gündən-günə genişlənməkdədir. Artıq dünyada sülh, əməkdaşlıq, təhlükəsizlik və sabitliyin bərqərar olunması naminə qlobal tədbirlərin təşkili də bu qurumun əsas qayələri arasında özünə yer tutub. Mərkəz qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ətrafında nüfuzlu sabiq dövlət və hökumət başçılarını, həmçinin beynəlxalq ekspertləri birləşdirib, nüfuzlu yerli və xarici elm xadimlərinin iştirakı ilə elmi araşdırmaların aparılması və dünyada təbliği işini də yüksək səviyyədə qurub. Bu baxımdan Mərkəzin təşkilatçılığı ilə keçirilən tədbirlər aktuallığına görə daim gündəmdədir, böyük auditoriyanın marağını özündə cəmləşdirir. Təsadüfi deyil ki, “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda təşkil olunan müzakirələr və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müzakirələrdəki çıxışı da beynəlxalq xəbər gündəminin ən mühüm hadisələrindən birinə çevrilib. Tədbir 2020-ci ildə baş vermiş Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionundakı yeni siyasi-iqtisadi reallıqlar fonunda qlobal gündəlikdə duran ən mühüm məsələləri özündə ehtiva etdi. Müzakirələrdə iştirak edən Prezident İlham Əliyev regionda yaranmış yeni vəziyyətin yeni yanaşmalar tələb etdiyini bildirdi və Öz çıxışında bir sıra önəmli məsələlərə toxundu.
Erməni işğalçılarının 30 ilə yaxın müddətdə işğal altında saxladıqları əraziləri bütünlüklə dağıtmasına, vandalizm həyata keçirməsinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühitinin yaradılmasına dəstək verməyə hazırdır. Qeyd etmək yerinə düşər ki, Azərbaycan dövləti artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edib və bunlar həm 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda, həm də 11 yanvar 2021-ci il tarixində imzalanmış üçtərəfli bəyanatda da öz əksini tapır.
Ötən 30 il müddətində işğal səbəbindən Azərbaycan Ermənistanla əməkdaşlıq etməmiş, işğalçı ölkəni böyükmiqyaslı regional layihələrdən kənarda qoymuşdur. Ermənistan isə bu gün həm işğal altında saxladığı əraziləri itirib, həm ordusu müzəffər ordumuz tərəfindən darmadağın edilib, həm də iqtisadi fiaskonun astanasında dayanıb. Ötən altı ay ərzində davamlı olaraq siyasi-iqtisadi böhranın girdabından xilas ola bilməyən Ermənistan cəmiyyətində böyük ruh düşkünlüyü, inamsızlıq hökm sürür. İşğalçılığı dövlət siyasətinə çevirmiş “erməni liderlər”in qarşılıqlı ittihamları sayəsində cəmiyyət ciddi psixoloji durum yaşamaqdadır.
Nizami Gəncəvi Mərkəzinin təşkil etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə Prezident İlham Əliyev regiondakı yeni reallığı və mənzərəni təsvir etdi: Azərbaycan ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınan sərhədlərini bərpa edib, məcburi köçkün həyatı yaşayan bir milyona yaxın azərbaycanlının öz evlərinə geri qayıtmasını təmin edir.
Ərazilərimizi işğal edərək beynəlxalq hüququ pozan Ermənistanın siyasi rəhbərliyi isə illərdir ki, Azərbaycana qarşı apardıqları informasiya terroru nəticəsində yaratmağa cəhd göstərdiyi yalan və illüziya ilə erməni cəmiyyətinin bir hissəsini inandırmağa, daha doğrusu aldatmağa çalışırdı. Hazırda isə ortaya çıxan həqiqətlər, reallıqlar Ermənistan cəmiyyətində çox ciddi psixoloji dram yaşadır. Erməni cəmiyyəti 30 ildir ki, yalanlarla idarə olunduğunu anlayır və görür. Hətta 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da “döyüşü udmaları”, “yeni ərazilərin nəzarətə götürülməsi” kimi yalan məlumatlar yayan Ermənistan rəhbərliyi də Azərbaycan tərəfindən yaradılmış yeni reallığı çox aydın şəkildə görməli, başa düşməli və bu reallığa uyğunlaşmalıdır.
İlk növbədə, revanşizm mövqeyindən çəkinməli, ictimaiyyət arasında revanşist hisslər yaymamalıdırlar. Bu gün Ermənistan cəmiyyəti də anlayır və görür ki, Ermənistan dövlət olaraq siyasi, iqtisadi və hərbi cəhətdən tamamilə asılı ölkədir. Apardığı işğalçılıq siyasəti nəticəsində, ən əsası isə, Azərbaycanın qəti mövqeyi ilə bütün regional layihələrdən kənarda saxlanılan Ermənistan hər hansı bir hərbi təxribata yol verməməli, qızışdırıcı mövqedən uzaq olmalı, sülh razılaşmasının əldə olunması üçün cəhd göstərməli, xoş məram nümayiş etdirməlidir.
Ermənistan cəmiyyəti anlamalıdır ki, düşdüyü siyasi-iqtisadi böhranın günahkarları məhz Ermənistan dövlətinin siyasi rəhbərliyi olub. Müstəqillik əldə edən kimi qonşu ölkəyə qarşı işğalçılıq iddiaları irəli sürən, təcavüzkar münasibət sərgiləyən bu ölkə illərdir fəlakətə sürüklənir. Amma Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, əməkdaşlıq platforması Ermənistan üçün xilas fürsəti yaradıb. Qarşı tərəf istər dövlət olaraq, istərsə də cəmiyyət olaraq bu fürsəti əldən verməməlidir.
Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

