Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının X hesabat konfransı keçirilib
03.07.2021 [09:58]
İyulun 2-də Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gündəlik təsdiq edildikdən sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov hesabat məruzəsi ilə çıxış edib. V.Seyidov ötən dövr ərzində rayon təşkilatının gördüyü işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, təşkilat partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi istiqamətində səylə çalışıb, Heydər Əliyev ideyalarının və Prezident İlham Əliyevin siyasətinin uğurlarının ictimaiyyət arasında təbliğinə xüsusi diqqət yetirib. Hazırda YAP Suraxanı rayon təşkilatı özündə 110 ərazi ilk partiya təşkilatını və 9 min 277 üzvü birləşdirir.
V.Seyidov hesabat məruzəsində pandemiya ilə əlaqədar reallaşdırılan tədbirlərdən, eləcə də şəhid ailələri və qazilərlə keçirilən görüşlərdən də bəhs edib.
Daha sonra YAP Suraxanı rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Məşkur Mirzəyevin hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının 327 nömrəli tam orta məktəb üzrə ərazi ilk partiya təşkilatının sədri Səadət Məmmədova, şəhid Orxan Hüseynovun anası, 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Xalidə Həmzəyeva, YAP Suraxanı rayon təşkilatı 6 saylı Xüsusiləşmiş Vərəm Xəstəxanası üzrə ərazi ilk partiya təşkilatının sədri İlhamə Cabbarova və YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Murad Sarıbalayev çıxış edərək YAP Suraxanı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ölkəmizin avanqard siyasi qüvvəsidir. Partiyamız yarandığı gündən dövlətin və xalqın maraqları naminə fəaliyyət göstərərək ümumxalq partiyası statusunu qazanıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız inkişafının yeni mərhələsini yaşayır.
Ə.Tağıyev, həmçinin YAP-ın VII Qurultayının qərarları ilə bağlı yerli təşkilatların üzərinə düşən vəzifələrdən danışıb, YAP Suraxanı rayon təşkilatına fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, YAP Suraxanı rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

