YAP Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatının təsis yığıncağı keçirilib
24.05.2022 [16:31]
23 may 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Baksol yolu 89 (Unity Company) ünvanında yerləşən ərazi partiya təşkilatının təsis yığıncağı keçirildi.
İclasda çıxış edən ərazi partiya təşkilatının üzvü, “Unity Company” şirkətinin direktoru Fikrət Əliyev gündəlikdə duran məsələ barədə üzvlərə məlumat verdi. Bildirdi ki, gündəliyə əsasən ərazi partiya təşkilatının sədrinin və sədr müavininin seçilməsi müzakirə ediləcək və müvafiq qərarlar qəbul ediləcək. O, dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə regionda və ölkəmizdə reallaşdırılan uğurlu iqtisadi, siyasi, sosial islahatlardandan bəhs etdi. Rəhbərlik etdiyi şirkətin fəaliyyətindən danışaraq vətəndaşlarımıza göstərilən xidmətin səviyyəsinin günbəgün daha da artdığını vurğuladı. Ərazi partiya təşkilatının üzvü kimi partiyanın fəaliyyətində yaxından iştirak etdiyini, ictimai proseslərdə bundan sonra da fəal iştirak edəcəyini diqqətə çatdırdı.
Ərazi partiya təşkilatının üzvü “Unity Company” şirkətinin meneceri Zərifə Arzumanova çıxış edərək partiyanın fəaliyyətindən və gənclər siyasətindən danışdı. Ölkəmizdə gənclərin inkişafı üçün atılan addımlardan bəhs etdi. Çıxışının sonunda ərazi partiya təşkilatının sədrliyinə Fikrət Əliyevin namizədliyini irəli sürdü. Təklif səsə qoyularaq yekdilliklə qəbul edildi.
Fikrət Əliyev çıxışında göstərilən etimada görə təşəkkür edir və sədr müavini kimi Zərifə Arzumanovanın namizədliyini təklif edir. Təklif səsə qoyularaq yekdilliklə qəbul edildi. Zərifə Arzumanova çıxış edərək göstərilən etimada görə təşəkkür etdi.
YAP Binəqədi rayon təşkilatnın sədri Vüsar İsmayılov iclasda yekun nitq söyləyərək Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, 1992-ci ildə ölkədəki ziddiyyətli ictimai-siyasi proseslərdən, Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışdı və partiyanın VII Qurultayında qəbul edilən qərarlar və struktur dəyişiklikləri barədə məlumat verdi. Ölkəmizdə həyata keçirilən və müxtəlif sahələrin inkişafını təmin edən məqsədyönlü islahatlardan danışarkən bildirdi ki, ölkəmizdə dövlət başçısı, partiyamızın sədri İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu inkişaf strategiyasına paralel olaraq partiyanın inkişafı məqsədilə mühüm islahatlar həyata keçirilir. Vüsar İsmayılov, həmçinin Vətən müharibəsində qazandığımız inamlı qələbədən, torpaqlarımızın işğaldan azad edilməsindən bəhs etdi. Ərazi partiya təşkilatının daha da uğurlu və səmərəli fəaliyyət göstərməsi, partiya üzvləri ilə əlaqələrin bundan sonra da yüksək səviyyədə qurulması üçün müvafiq tapşırıq və tövsiyyələrini verdi. Yeni seçilən sədr və müavinini təbrik edərək, partiya üzvlərinə uğurlar arzu etdi.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

