Azərbaycan gücünü, imkanlarını bütün dünyaya sübüt edir
07.06.2022 [14:17]
Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirak edib. İyunun 1-də öz işinə başlamış Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin açılışında etdiyi çıxışında Prezident cənab İlham Əliyev bildirdi ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Bu sahədə Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu imkan vermişdir ki, bu sahəyə diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etmiş, həyata keçirilən bir çox layihələr həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr vermişdir.
Cənab Prezidentimizin uğurlu siyasəti nəticəsində Azərbaycan regionun enerji mərkəzinə çevrilib və məlum səbəblərdən dünyada bu sahədə yaşanan böhranın aradan qaldırılması istiqamətində ölkəmizin malik olduğu potensial yüksək qiymətləndirilir.
Məhz bütün bunların əsası Ümumilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bugün Prezdent cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən enerji siyasətinin təzahürüdür.
Prezident cənab İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində Cənub Qaz Dəhlizi layihəsindən bəhs etdi. Məlumdur ki, dəhliz enerji böhranının baş alıb getdiyi bir zamanda Avropanın enerji təminatında əhəmiyyətli rola malikdir. Azərbaycanın təşəbbüsü ilə baş tutan bu layihənin reallaşdırılması ölkəmizin gücünü, bir daha təsdiqləyir. Kəmərin çox ağır mürəkkəb relyeflərdən – hündür dağlardan, dəniz çökəkliyindən keçməsinə bağmayaraq, boru xətti yüksək keyfiyyəti ilə standartlara tam cavab verir. Layihənin uğurla tamamlanması istiqamətində də Azərbaycan öz üzərinə düşən vəzifələri vaxtında və çevik şəkildə icra etdi. Ölkəmiz ixrac prosesinə başladığı gündən bu günə kimi təchizatda heç bir ləngimə baş verməyib və müqavilə şərtləri pozulmayıb, Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq üzərinə düşəni ləyaqətlə yerinə yetirir.
Azərbaycan etibarlı tərəfdaş olduğunu dünyaya təsdiqləyib: “Məhz buna görədir ki, bütün tərəfdaşlar Azərbaycanla əməkdaşlıqdan məmnundurlar. Bu istiqamətlərdə geden proseslərə nəzər saldıqda görürük ki, ölkəmizdə əlverişli biznes mühüti formalaşdırılıb və investisiya imkanları genişləndirilmişdir.
Bunlara nümunə olaraq biz Dünyada məşhur “ACWA Power” şirkəti tərəfindən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, “Masdar” şirkəti tərəfindən isə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi ölkəmizdə bu istiqamətdə aparılan işlərin geniş miqyasda olduğunu göstərə bilərik. Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə də bu istiqamətdə iş aparılır. Bütün bunlar ölkəmizdə qaza qənaət olunmasına və ixracına imkanlar yaradacaq”.
Sonda onu qeyd etmək istəyirəm ki, həqiqətən Azərbaycan bir ölkə olaraq gücünü, imkanlarını, bacarığını bütün dünyaya sübüt edir. Və bütün bunlara biz Cənab Prezdentimizin uğurlu siyasəti nəticəsində nail olmuşuq. Hər bir iş, hər bir lahiyə, hər bir görüş məhz bir nümunədir.
Ümumilli Liderimiz Heydər Əliyev tərəfindən zərgər dəqiqliyi ilə hazırlanmış enerji strategiyası Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında inamla davam etdirilir. Yalnız neft və qaz sahəsində yox, eyni zamanda hər bir sahədə uğurla addım atır. Bununda nəticəsini hər bir Azərbaycan vətəndaşı gündəlik öz həyatlarında hiss edir.
Mehdi Balabəyov
Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

