Bugünkü uğurlarımız Heydər Əliyev siyasətinin təntənəsidir
13.06.2022 [10:54]
İki ildir Milli Qurtuluş Gününü Zəfər sevinci ilə qeyd edirik. Təbii ki, əldə olunan uğurlar böyük səylərin, qətiyyətin, düşünülmüş və gələcəyə hesablanmış siyasətin nəticəsidir. Bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı azərbaycanlılara, azərbaycanlıları isə özünə qaytardı. O illər çoxəsrlik dövlətçiliyimiz tarixində təlatümlü dövr kimi xarkterizə edilir. Bugünkü uğurlarımızı düzgün dəyərləndirmək üçün həmin dövrdə baş verən hadisələrə nəzər salaq.
XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşdi. 1992-ci ildə hakimiyyəti zor gücünə ələ keçirən AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını, vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Xalqın sabaha ümidi yox idi. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələndi.
Belə bir çətin durumda xalq ayağa qalxdı və xilaskarına üz tutdu. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı faciələrin qarşısını aldı. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Hər zaman özlüyündə yaranan “Qurtuluş bizə nə verdi” sualına cavab olaraq bugünkü reallıqlarımızı qeyd edirik. Dövlətinin, xalqının gələcəyini düşünən, atdığı hər addımında dövlət maraqlarını öndə saxlayan Liderin ölkəsini inkişafa, tərəqqiyə aparması inkaredilməzdir. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq dövlətə, xalqa xidmətin nümunəsini görərik. Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə müstəqil dövlət kimi görərək bu istiqamətdə mühüm addımlar atmışdır. Bunlardan ən mühümü kadr hazırlığı, Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məkəblərində təhsil almağa göndərilməsi, Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması idi.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin təməlini qoydu. Qısa zamanda ölkədə sabitlik təmin edildi, normal iqtisadi mühit formalaşdı. Dövlətçiliyin əsasları yaradıldı. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir. Müstəqilliyimizin bərpasının ilk illəri ilə 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrün müqayisəli təhlili göstərir ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Bu, ilk növbədə Liderdən qətiyyətli addımların atılmasını, ölkəsinin bugününü və gələcəyini düşünməsini tələb edir. Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız üçün gördüyü işlərin əsasında bu fikirləri dayanırdı: “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır.” Ümummilli Liderin adı tariximizə müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb.
Ulu öndər Heydər Əliyevin 1993-2003-cü ildə yaratdığı möhkəm təməl sonrakı illərdə Azərbaycanın uğurlu inkişafını şərtləndirdi. Ulu öndər Heydər Əliyev 2003-cü ilin oktyabrında xalqa müraciətində gördüyü işlər fonunda bu məqamı xüsusi qeyd etmişdir ki, sona çatdıra bilmədiyi işləri cənab İlham Əliyev və Yeni Azərbaycan Partiyası həyata keçirəcək. Dahi şəxsiyyət qarşıdakı dövr üçün növbəti inam ünvanını göstərməklə bugünkü uğurlarımıza yol açdı. Xalqımız 2003-cü ildə Heydər Əliyev siyasətinin davamına səs verdi, cənab İlham Əliyev böyük səs çoxluğu ilə qələbə qazandı. Andiçmə mərasimində Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bəyan edən dövlət baçısı İlham Əliyev bunu əməli fəaliyyətində təsdiqlədi və növbəti prezident seçkilərində də qələbəsini təmin etdi. Xalqımız seçimində yanılmadığını bildirir və hər zaman Prezidentinin yanındadır.
Qurtuluşdan başlanan inkişaf yolu Azərbaycana Qələbə sevincini yaşatdı. Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün çıxışlarında gənclərimizin vətənpərvərliyindən, torpağa bağlılıqlarından bəhs edir, Vətən müharibəsinin qəhrəmanlarının göstərdikləri şücaətin bir məktəb olduğunu diqqətə çatdırır.
Milli Qurtuluş Günü artıq azad Qarabağımızda, azad Şuşamızda qeyd edilir. Azərbaycanın xilası, xalqımızın qurtuluşu kimi xarakterizə olunan 15 iyun 1993-cü il tarixindən başlanan inkişaf nəticəsində torpaqlarımız azadlığına qovuşdu, Azərbaycan qalib ölkə kimi dünya birliyində yeri və rolunu daha da möhkəmləndirir. Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələri fəth edəcək, azad Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

