Azərbaycan Cənubi Qafqazda sülhə və dayanıqlı inkişafa üstünlük verir
20.06.2022 [15:06]
Bu gün Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsi və bölgədə sülhün təmin olunması istiqamətində davamlı, ardıcıl səylər göstərir, humanizm və ədalət prinsiplərinin qorunmasına lazımi töhfələr verir. Qlobal təhlükəsizliyin, dünyada narahatlıq yaradan ciddi problemlərin ölkəmizdə keçirilən mötəbər tədbirlərdə müzakirəsi liderlər tərəfindən təqdir olunmaqla bərabər, həm də dövlətimizin dünyada artan nüfuzunun göstəricisi kimi diqqət çəkir.
Dünyada uğurlu təsisata çevrilmiş, qlobal problemlərin həlli yollarını araşdıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 50-dən artıq ölkənin, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu dövlət xadimlərinin iştirakı ilə reallaşan “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu narahatlıq doğuran məsələrərin, yoxsulluğun, ədalətsizliyin və bəşəriyyət üçün təhlükə yaradan digər problemlərin müzakirəsinin səmərəliliyi baxımından böyük maraq doğurur.
Prezident İlham Əliyev forumun açılış mərasimində çıxış edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi həmsədrlərinin səyi ilə qlobal məsələlərin müzakirəsini aparan bu qurumun geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı institutlardan birinə çevrildiyini vurğulamaqla, Qlobal Bakı Forumunu mükəmməl platforma olduğunu və dünyanı daha da təhlükəsiz etmək üçün liderlərin bir-biri ilə daha yaxından əlaqə yaratmalarının zəruriliyini xatırlatdı.
Ölkə rəhbərinin Qafqazda regional təhlükəsizliklə bağlı Azərbaycanın yanaşmalarına toxunaraq, Vətən savaşında ədalətli qələbə əldə etməklə beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunduğunu bildirməsi, Azərbaycanın münaqişədən sonra təcavüzkarı məğlubiyyətə uğradan ölkə kimi qarşı tərəfə sülh təklifinin dünyada nadir hallarda rast gəlinən hadisə olduğunu bəyan edir.
Dövlət başçısının vurğuladığı kimi, bu gün respublikamız Cənubi Qafqazda barışa, sabit, dayanıqlı inkişafa üstünlük verir və bu məqsəd uğrunda əzmlə mübarizə aparır. Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanatın müddəalarını, o cümlədən, kommunikasiyaların açılması məsələsini xatırladan ölkə rəhbəri həmin vaxtdan ötən müddətdə Ermənistanın təəssüf ki, bəyanatın icrası ilə bağlı heç bir əməli addım atmadığını, bunun qəbuledilməz bir hal olduğunu və belə bir vəziyyətin regionda bir disbalans yaratdığını diqqətə çatdırdı.
Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizinin açılmasının regional sülhün fundamental elementi adlandıraraq, “ermənilər Laçından keçə bilirsə biz də Zəngəzurdan keçməliyik” deməsi ölkəmizin sülh və ədalət tərəfdarı olduğunu göstərməklə, beynəlxalq hüquq normalarına tam uyğundur.
Azərbaycana bu əlaqə yolunun təqdim edilməyəcəyi təqdirdə sülh haqqında danışmağın çətin olacağını, Azərbaycanın Ermənistanla birgəyaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səylərin uğursuz olacağını diqqətə çatdıran Müzəffər Ali Baş Komandanın “Əgər Ermənistan növbəti müharibə istəyirsə bu onlar üçün fəlakət olacaq” fikri tam reallığı əks etdirməklə, “Dəmir yumruğun” hər zaman hazır olduğunu bəyan edir.
Prezident İlham Əliyev forumdakı çıxışında haqlı olaraq Minsk qrupunun münaqişə dövründəki fəaliyyətsizliyini qətiyyətlə bildirərmiş, ATƏT-dən mandat alan bu təsisatın 28 il ərzində heç bir nəticə əldə etmədiyini, buna görə də Azərbaycanın özünün Qarabağ münaqişəsini aradan qaldırdıqdan sonra artıq bu qrupun işinə ehtiyac qalmadığını qeyd etmiş, Rusiya–Ukrayna müharibəsindən sonra isə daha Minsk qrupunun üç həmsədr ölkəsi kimi bir araya gəlməsinin mümkünsüzlüyünü və Minsk qrupunun funksiyasını itirdiyini açıqlamışdır.
Dövlət başçısının aparıcı beynəlxalq və maliyyə institutlarının ərzaq böhranı ilə mübarizədə rolunun müəyyən olunmasına diqqət çəkərək, böhranın labüd olduğunu, beynəlxalq təşkilatlar və aparıcı ölkələrin həmçinin miqrantların potensial artımı ilə bağlı vəziyyətin öhdəsindən gəlməsinin vacibliyini bildirməsi, enerji bazarlarındakı vəziyyəti proqnozlaşdırmağın çətinliyini vurğulayaraq, bunun istehsalçılar üçün risk olmaqla istehlakçılarla arada bərabərsizliyə yol açacağını qeyd etməsi tam reallığı əks etdirir.
Forumun qlobal gündəliyinin aktual məsələlərindən olan enerji təhlükəsizliyinə toxunan dövlətimizin başçısı Azərbaycanın resurslarına tələbatın son vaxtlar xeyli artdığını, qısa vaxtda bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı Azərbaycana müraciətlər daxil olduğunu bildirərək, Avropa Komissiyası ilə enerji dialoquna start verildiyini, artıq təkcə Azərbaycan qazının nəql olunması deyil, həm də neft, elektrik enerjisi və hidrogen də müzakirə mövzusuna çevrildiyini qeyd etmişdir.
Beləliklə, Forum zamanı dünya dövlətləri yenidən qlobal problemlərin mümkün həlli yollarını araşdıran və bu istiqamətdə Bakıdan səslənən təşəbbüslərin şahidi oldu. Aparılan müzakirələr və fikir mübadiləsi qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına zəmin yaratdı və Bakı Forumu regionun lider dövləti olan Azərbaycanın dünyanın siyasi-iqtisadi problemlərinin həllində söz sahibi olan dövlətə çevrilməsinin təsdiqi oldu.
Vüqar İsayev,
Yenu Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

