Pirallahıda dövlət qulluqçularının peşə bayramı qeyd olundu
23.06.2022 [18:26]
Hər il iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayram günü kimi qeyd olunur. Bu bayram ilk dəfə BMT Baş Assambleyasının 20 dekabr 2002-ci il tarixli qətnaməsinə əsasən 2003-cü ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü kimi qeyd edilmişdir. Dövlət qulluqçusunun dövlətin, cəmiyyətin və hər bir vətəndaşın həyatında önəmini, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması prosesində dövlət qulluğunun rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin günü “Dövlət qulluqçularının peşə bayramı günü” kimi təsis etmişdir. Respublikamızda çalışan çoxsaylı dövlət qulluqçuları öz bayramlarını 2006-cı ildən etibarən təntənəli şəkildə qeyd edirlər. Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətdə islahatları uğurla davam etdirir. Bu islahatlardan məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir.
Bu gün Pirallahı Rayon İcra Hakimiyyətində də əlamətdar gün münasibətilə Yeni Azərbaycan Partiyası ilə birgə tədbir keçirildi. Tədbirdə çıxış edən RİH-nin başçısı Vasif İmanov dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik etdi, onlara işlərində nailiyyətlər arzuladı. O, bu günün yaranma tarixi, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanda dövlət qulluğunun baza və prinsiplərinin yaranması ilə bağlı göstərdiyi böyük xidmətləri, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dövlət qulluğunun qeyd edilməsi, qüvvəyə minməsi və digər hüququ aktlara dair imzaladığı qanun, fərman və sərəncamlar barədə geniş məlumat verdi. Qeyd etdi ki, bu sahədə çalışmaq böyük məsuliyyətdir. Natiq bildirdi ki, ölkə Prezidentinin dövlət qulluqçuları haqqında söylədiyi “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır” fikrini hər bir dövlət qulluqçusu öz əməli işi ilə hər zaman doğrultmağa çalışmalıdır. Hər bir dövlət qulluqçusu üzərinə düşən məsuliyyəti dərk edərək vətəndaşlara, xalqa xidmət etməyi özünün həyat amalı, məqsədi hesab etməlidir. Vətəndaşların müraciətini, qayğısını özünün qayğısı hesab etməli, daim vətəndaş məmnunluğunu təmin etməlidir.
YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov öz çıxışında bildirdi ki, sivilizasiya tarixi göstərir ki, bir dövlətin təşəkkülünün ənənəvi atributları sadəcə ordu, pul vahidi, bayraq və s-dən əlavə həm də onun iyerarxik struktur malik məmurlar aparatının mövcudluğundan asılıdır. Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra dövlət qulluğunun müasir dünya standartlarında tənzimləməsi istiqamətində mühüm addımlar ataraq bu sahənin hərtərəfli normativ-hüquqi bazasını yaratdı. Müasir dövrümüzdə isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan məmuru və bütövlükdə dövlət qulluqçularının maddi təminatı və sosial müdafiəsi xeyli yaxşılaşmış, onlar bir sıra güzəşt və imtiyazlar əldə etmişlər. Bu gün burada iştirak edən dövlət qulluqçularının bir çoxu eyni zamanda Yeni Azərbaycan Partiyasının fəaliyyətində və tədbirlərində aktiv təşkilatçı kimi çıxış etmişdirlər. Həmin amil həm də onların yüksək siyasi-ideoloji keyfiyyətlərinin də göstəricisidir.
Tədbirin sonunda qulluqda və Yeni Azərbaycan Partiyası tədbirlərində fərqlənən bir qrup dövlət qulluqçusuna RİH-in və YAP rayon təşkilatının fəxri fərmanları təqdim olundu.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

