Sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər
04.07.2022 [10:06]
27 iyun 2022-ci il tarixində Prezident İlham Əliyev Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış zamanı cari ildə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyinin tamam olacağını qeyd etmişdir.
Bununla bağlı olaraq mart ayında Azərbaycanın, eləcə də bütün Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində azad olunmuş ərazilərin dirçəldilməsi və oraya həyatın qaytarılması ətrafında aparılmış müzakirələrə əsasən “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir.
Göz qabağındadır ki, Ermənistanın 30 illik işğalı zamanı Qarabağ torpaqlarının təbii sərvətlərini talan edilmiş, şəhər və kəndləri qəsdən dağıdılaraq xarabalığa çevrilmişdir. Ağdam şəhərindəki dağıntılar əcnəbi mütəxəssisləri oranı “Qafqazın Xirosiması” adlandırmağa məcbur etmişdir. Həmçinin, Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə belə olsun tikili tapa bilməmişdir. Ermənistanın Qarabağda törətdiyi vandalizmə yalnız biz yox, eyni zamanda azad edilmiş ərazilərə səfərləri zamanı xarici diplomatlar, jurnalistlər və digər nümayəndələr də şahid olmuşlar.
Eyni zamanda da cənab Prezident İlham Əliyev videoformatda çıxışı zamanı vurğulamışdır ki, bugün Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunması marağındadır. Məhz bu yönümdə Ermənistanın 30 illik işğalına belə baxmayaraq, bugün münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin, ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Hətta Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip də irəli sürüb və Ermənistan da onları qəbul edib. İnanırıq ki, bu sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər.
Hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-yenidənqurma işləri həyata keçirir. Səkkiz aydan az bir müddətdə Azərbaycanın işğaldan azad olunmuş Füzuli şəhərində hava limanı inşa edilib, bunun davamı olaraq da digər işğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında da daha iki hava limanının tikintisi davam etdirilir.
Azad edilmiş bəzi şəhərlərin Baş planları artıq hazırdır. Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevirəcək Ağdamda ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayedarlara və sahibkarlara açıqdır. Eyni zamanda da Zəngilan şəhəri də park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir.
İşğaldan azad edilmiş ərazilərdə bu kimi işlərin aparılmasının əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır.
Onu da qeyd etmək istərdim ki, biz artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsini həyata keçirmişik.
Bu ilin mart ayında Azərbaycana səfəri çərçivəsində BMT-nin Yaşayış Məskənləri Proqramının (“UN-HABITAT”) icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə gələcək əməkdaşlığımızı müzakirə etmək imkanlarımız olmuş, bu zaman kəsiyində Xanım icraçı direktor Ağdam şəhərinə səfər etmiş və işğalın ağır nəticələrinin miqyasının şahidi olmuşdur. Belə bir zamanda yenidənqurma işləri zamanı UN-HABITAT ilə daha sıx əməkdaşlıq etmək arzu olunandır.
UN-HABITAT 90-dan çox ölkədə müxtəlif sahələr üzrə layihələr həyata keçirir. Bu layihələr şəhər qanunvericiliyi, torpaq və idarəçilik, şəhər planlaşdırılması, şəhər iqtisadiyyatı, şəhərlərdə əsas xidmətlər, mənzil və gecəqondu şəraitinin yaxşılaşdırılması, risklərin azaldılması və reabilitasiya məsələlərini əhatə edir. Məhz Azərbaycanla da UN-HABITAT arasında bu il Azərbaycanda, Ağdamda illik Milli Şəhər Forumunun təşkil olunması məsələsi də müzakirə edilir ki, artıq ilk konfransın vaxtı da dəqiqləşmiş və bu ilin payızında Ağdam şəhərində keçirilməsi nəzərdə tutulmuşdur.
Natiq QULUZADƏ
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

