Uğurla inkişaf edən Azərbaycan beynəlxalq nüfuz sahibinə çevrilib
18.07.2022 [14:43]
Cavid Osmanov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Dünyada yaşanan geosiyasi proseslər və qlobal iqtisadi gərginliyə rəğmən son altı ay ərzində Azərbaycanda bütün sahələrdə müsbət tendensiya qeydə alınıb. Belə ki, cari ilin ilk altı ayının nəticələri deməyə əsas verir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir. İyulun 15-də keçirilmiş altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı Prezident cənab İlham Əliyev görülmüş işlər, əldə olunan nəticələr haqqında geniş məlumat verdi, həmçinin qarşıda dayanan vəzifələri müəyyənləşdirdi. Ölkə başçısının həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasət nəticəsində uğurla inkişaf edən Azərbaycan bu gün yüksək beynəlxalq nüfuz sahibinə çevrilmişdir. Azərbaycanın beynəlxalq arenada oynadığı rol, göstərdiyi həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün verilən humanitar, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərilən dəstək ölkəmizin beynəlxalq nüfuzunu böyük dərəcədə artırmışdır. Bundan əlavə, ölkəmizin beynəlxalq təşkilat və təsisatlarda əsas ölkələrdən biri olaraq çıxış etməsi bu deyilənlərə bariz nümunədir. Bu sırada Qoşulmama Hərəkatındakı uğurlar xüsusi olaraq qeyd olunmalıdır. Azərbaycanın sədrlik müddətinin 2023-cü ilə qədər uzadılması onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və ölkəmizə olan inam bu illər ərzində daha da artmışdır. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına böyük töhfə vermiş ölkədir. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması oldu.
Ölkə başçısı ölkəmizin Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı, eyni zamanda qonşu ölkələrlə olan münasibətləri haqqında da məlumat verərək əməkdaşlıqların yüksək səviyyədə olduğunu qeyd etdi. Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində hər zaman fəallıq göstərir və Türk dövlətləri ilə əlaqələrin inkişafı ölkəmiz üçün prioritet məsələlərdən biridir. Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparıldığını bildirən Prezident cənab İlham Əliyev yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənədin - enerji təhlükəsizliyi ilə bağlı sənədin imzalanacağını və bununla da əməkdaşlığın daha yüksək səviyyəyə yüksələcəyini bildirdi.
Son dövrlər ərzində Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində də önəmli addımlar atılmış, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilmişdir. Amerika Birləşmiş Ştatlarının Prezidenti Prezident İlham Əliyevə iki dəfə - həm Müstəqillik Günü ilə bağlı, həm də Bakı Enerji Həftəsinin açılışı ilə bağlı məktub göndərmişdir. Bu, Amerika-Azərbaycan əlaqələrin böyük tarixə malik olmasından, həmçinin əlaqələrin gözəl gələcəyindən xəbər verir.
Müşavirədə Prezident cənab İlham Əliyev Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması məsələsinə diqqət çəkərək cari ilin altı ayında bu istiqamətdə müəyyən addımların atıldığını, lakin hələlik real nəticələrin olmadığını bildirdi. Artıq Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Düzdür, delimitasiya üzrə işçi qruplarının birinci görüşü keçirilib və bu da ölkəmizin təşəbbüsü ilə baş tutub. Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışsa da Ermənistan tərəfi buna o qədər də meylli deyil. Azərbaycan sülh müqaviləsinin imzalanmasında da maraqlıdır və ölkəmizin təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib, Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib. Lakin buna rəğmən, Ermənistan sülhdə maraqlı olmadığını nümayiş etdirir, hətta 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərin icrasından boyun qaçırır. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır. Bununla da Ermənistan müharibədə məğlub edilmiş tərəf kimi öz üzərinə öhdəliklər götürüb. 10 noyabr Bəyannaməsinə əsasən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə qurulmalı idi, ancaq bu günə qədər bu imkan yaradılmayıb. Hətta Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması da yoxdur. Texniki-iqtisadi əsaslandırma olmadan heç bir layihə icra edilə bilməz.
Prezident cənab İlham Əliyev öz çıxışında Ermənistana bir sıra ciddi xəbərdarlıqlar da etdi. Son vaxtlar Ermənistan rəhbərinin yenə də hansısa status haqqında danışmağa başlamasının bu ölkə üçün çox təhlükəli məsələ olduğunu bəyan edən ölkə başçısı artıq Minsk qrupuna da ehtiyac olmadığını vurğuladı.
Müşavirədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin toxunduğu mühüm məsələlərdən biri də hərbçilərin sosial müdafiəsi və müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemlərinin daim diqqət mərkəzində saxlanılması istiqamətində həyata keçirilmiş tədbirlər oldu. Ümumiyyətlə, hərbçilərin sosial müdafiəsi məsələləri ölkəmizdə yüksək səviyyədə təmin edilir. Qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bütün hərbi şəhərciklər əsaslı şəkildə təmir edilir. O cümlədən azad edilmiş torpaqlarda hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, bir sözlə, lazimi infrastruktur yaradılır. Müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri də daim diqqət mərkəzindədir. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir - dördüncü nəsil protezlərlə təmin olunublar. Ölkə başçısı çıxışında bir daha bildirdi ki, öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdırlar. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdırlar.
Dövlətimizin şəhid ailələri və müharibə əlillərinə olan diqqət-qayğısı hərtərəfli, eyni zamanda davamlıdır. Belə ki, müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verilib. Yaxın müddətdə Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min, bu il isə 1500 mənzil və fərdi ev verilmişdir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Bundan əlavə, reabilitasiya mərkəzləri yaradılmış və həmin mərkəzlər ən müasir texnologiyalarla təchiz edilmişdir. Müharibə əlilləri, veteranlar, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür. Bütün bu işlərlə bərabər Azərbaycan dövləti Qarabağı və Zəngəzuru yenidən qurur. Özü də heç bir yerdən, heç kimdən yardım almadan bu işlər həyata keçirilir, şəhərlər, kəndlər yenidən qururulur. Dövlətimizin həyata keçirdiyi bu misilsiz işlər isə iqtisadi müstəqilliyinin nəticəsidir. İnkişaf üçün iqtisadi müstəqillik əsas amillərdən biridir. İqtisadi müstəqillik həmçinin siyasi müstəqilliyi təmin edir. Müstəqil iqtisadi və siyasi siyasət yürüdən Azərbaycanın iradəsinə bu gün heç kim təsir edə bilməz, heç kim ölkəmizə heç nəyi diktə edə bilməz. Həyata keçirilən düşünülmüş siyasət ölkəmizin iqtisadi imkanlarını da davamlı olaraq artırır. Son altı ayda ölkə iqtisadiyyatı 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Nəticədə əhalinin gəlirlərində təxminən 20 faiz artım qeydə alınıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50

