Kadr islahatları xalqımızın rifah halının yaxşılaşmasına yönəlibdir
01.08.2022 [13:10]
Prezident yerli icra hakimiyyəti orqanlarına yeni başçılar təyin edərkən çox mühüm məsələlərə toxundu.Bunların bir qismi ölkəmizdə görülən işlər və onların gələcək inkişafımızla bağlı yaratdığı perspektivlərlə əlaqədar idisə,digər bir qismi bu islahatların keyfiyyətini təyin edəcək kadrlar və onların davranışları ilə bağlı idi. Prezidentin səsləndirdiyi fikirlərdən bir daha aydın oldu ki,idarəetmədə bəzi rəhbər kadrların yerində olmaması dövlət siyasətimizə kölgə salır.Yeni kadrlar bunları nəzərə almalı, vətəndaşlarla birbaşa ünsiyyət qurmalı, problemləri onların özündən dinləməli,təşəbbüskar olmalı,korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparmalıdırlar.Ona görə də Prezident İlham Əliyevin verdiyi tapşırıqlar və qoyduğu tələblər məmur obrazını kökündən dəyişən və idrəetmənin fəlsəfəsində yeni məntiqini yaradan tapşırıq və tələblər idi.
Azərbaycan Prezidentinin ölkədə həyata keçirilən islahatları sabotaj etməyə,milli birliyimizə,həmrəyliyimizə zərbə vurmağa çalışan keçmişin qalıqlarına və onların ”müasirliklə" maskalanmış əlaltılarına,həmçinin ölkənin sərhədlərindən kənardakı uzantılarına münasibətdə “dövlətimizi sarsıtmağa imkan verməyəcəyik” deməsi çox ciddi mesajdır.Bu,həm də xalqa çağırışdır.Çünki Prezident İlham Əliyevin yeni təyin olunan icra hakimiyyəti başçılarına yerlərdə vətəndaşlarla bir yerdə olmağı tapşırması da bunu sübuta yetirir.
Ölkəmizi inkişaf etdirməyin yolu obyektiv informasiyaya malik olmaqdan, məlumatları ilkin mənbədən almaqdan,islahatları bu prosesin əsas hədəfi olan ninsanlarla birlikdə həyata keçirməkdən keçir.Bunun alternativi yoxdur. İslahatların mahiyyətini insanlara bütün incəliklərinədək izah etmək,onların passionar enerjisini hərəkətə gətirmək və vətəndaşları islahat prosesinin əsas mexanizminə çevirmək lazımdır.Azərbaycan xalqının mütləq əksəriyyəti öz dövlətini,Vətənini çox sevir,liderinə güvənir,onun Azərbaycanı indikindən dəfələrlə güclü olan bir dövlətə çevirmək niyyətinə və bunun üçün aydın baxış bucağına malik olduğuna inanır.Bu reallıqdır.Amma cəmiyyətimizin parçalanmasına xidmət edən mesajlarla və davranışlarla öz ənənəvi mövqelərini qorumağa çalışan, xeyirə qarşı çevik toparlanmağı bacaran,Azərbaycan xalqının birliyini,dövlətinə olan etimadını sarsıtmağa çalışan bəzi qruplar bütün mümkün vasitələrdən istifadə edərək,bu reallığı dəyişməyə çalışırlar.
Uzun illərdir bəzi fərdləri və qrupları uzaqdan da olsa müşahidə edən bir təhlilçi kimi bu fərdlərin və qrupların zaman-zaman bir-birilərinə savaş açdıqlarına baxmayaraq,ölkədə sağlam ictimai-siyasi münasibətlərin formalaşması,intellektual,vətənsevər,işgüzar insanların önə çıxması üçün əlverişli zəmin yarandığı zaman ildırım sürəti ilə necə bir araya gəldiklərinin şahidi olmuşam.Bir az metofarik görünsə də,bəşəriyyət yarandığı gündən xeyirlə şərin,işıqla qaranlığın savaşı gedir və bu savaş bu gün də var,bəzən görməsək də,hiss etməsək də hər birimiz bu savaşın içərisindəyik.Məhz bu baxımdan, şərin yanında olanlar öz mənafeləri naminə bir araya gəlməyi bacardıqları kimi, xeyrə xidmət edənlər də saniyələr içərisində toparlanmağı,hücum mövqeyində dayanmağı,dövlətin maraqlarını,ictimaiyyətin mənafeyini tərəddüd etmədən müdafiə etməyi bacarmalıdırlar.
Elçin İsmayılov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxMədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14

