Milli iqtisadiyyatımızın “Əsrin müqaviləsi” zirvəsi
03.10.2022 [13:48]
3 oktyabr 1993-cü il tarixində ulu öndər Heydər Əliyevin Prezident seçilməsindən sonra həyata keçirdiyi məqsədyönlü və gələcəyə hesablanmış siyasət Azərbaycanın müstəqilliyini əbədi etdi. Təbii ki, hər bir uğur böyük səylərin, qətiyyətin nəticəsidir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, müstəqillik tariximizin ayrı-ayrı mərhələləri tarixi paralellər fonunda müqayisə edilməli, müstəqillik yolumuzun heç də hamar olmaması ilə bağlı indiki və gələcək nəsillər məlumatlandırılmalıdır.
Yaxın günlərdə müstəqilliyinin yenidən bərpasının 31 illiyini qeyd edəcək Azərbayanın ilk illərdə yaşadıqları tariximizin faciəli səhifəsi kimi xarakterizə edilir. O dövrdə ölkəyə rəhbərlik edən ünsürlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu ucbatından Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Belə çətin günlərdə xalq çıxış yolu axtararaq Azərbaycanı düşdüyü çətin vəziyyətdən yalnız ulu öndər Heydər Əliyevin xilas edə biləcəyini düşünərək ayağa qalxdı və dahi şəxsiyyəti hakimiyyətə dəvət etdi. Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın qarşısında hansı imkanları yaratdığı bugünkü reallıqlarımızdan aydın görünür. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirdi. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modeli quruldu ki, bu model özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” söyləyən Ümummilli Lider bu mühüm məqamı da önə çəkdi ki, ölkədə sabitlik olmasa hansısa sosial-iqtisadi layihənin, Proqramın icrasından söhbət gedə bilməz. Sabitlik hər bir ölkənin inkişafında başlıca amildir.
Ölkəmizdə yaradılan sabitlik, həmçinin normal iqtisadi mühit Azərbaycanı qısa müddətdə böyük investisiyalar məkanına çevirdi. 1994-cü il sentyabr ayının 20-də ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində stimulverici amil oldu. Azərbaycanın neft sənayesinin qapıları xarici sərmayələrin üzünə açıq elan olundu. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayı artdı. Azərbaycan hər zaman yerləşdiyi coğrafi məkana, malik olduğu iqtisadi potensiala görə dünyanın diqqətində olub. Amma müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə hökm sürən siyasi gərginlik Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə ölkəmizdə sabitliyi yaratmaqla bu tərəddüdləri də aradan qaldırdı. Ulu Öndər “Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin imzalanması mərasimindəki çıxışında bildirmişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq.” Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 280 milyard dollara yaxındır. Bu investisiyaların böyük qismi xarici investisiyalardır. Əsasən neft-qaz sektoruna yatırılıb. Son 19 ilin reallıqları fonunda bunu da deyə bilərik ki, neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektoru da sürətlə inkişaf edir, ölkəmizin bu sahədə malik olduğu imkanlar dünyanın diqqətindədir. Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə nail olur. Hər bir layihənin uğurlu sonluqla başa çatması ölkəmizin malik olduğu imkanların təqdimatı olmaqla yanaşı, növbəti layihələnin gündəmə gətirilməsinə yol açır. Azərbaycanın iştiakçısı və təşəbbüsçüsü olduğu layihələr dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Bu layihələr, həm iştirakçı, həm də əməkdaşlığın coğrafiyasının genişləndirilməsi əsasında digər dövlətlərin dayanıqlı inkişafını təmin edir. Dövlət başçısı İlham Əliyevin 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa müraciətində əksini tapan “Gəlin fərz edək ki, əgər 1994-cü ildə "Əsrin müqaviləsi" bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası bizə böyük imkanlar yaratdı, böyük imkanlar da yaradacaqdır və biz bundan səmərəli istifadə edəcəyik” fikirləri “Əsrin müqavilə”nin ölkəmizin qarşısında açdığı imkanların aydın mənzərəsini yaradır. Milli iqtisadiyyatımızın “Əsrin müqaviləsi” zirvəsindən bəhs edərkən tarixi Zəfərimizi, eyni zamanda, hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərini xüsusi qeyd etməliyik. Azərbaycanın uğurlu iqtisadi siyasəti maliyyə imkanlarının artmasını təmin edir ki, bu da öz növbəsində ölkəmizin qarşıya qoyduğu hədəflərə zamanında çatmasını şərtləndirir.
Nihad Pənahov
Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

