Kəlbəcər bir güllə belə atılmadan işğaldan azad edildi
24.11.2022 [12:16]
Ermənistan silahlı qüvvələrinin 2020-ci il 27 sentyabr tarixində ərazilərimizi müxtəlif istiqamətlərdən raket atəşinə tutmasından sonra rəşadətli Ordumuzun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da hərbi-siyasi Qələbəmizin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Beləliklə, 30 illik torpaq həsrətimizə son qoyuldu, tarixi ədalət bərpa edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin adı tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazıldı. Bir daha sübut olundu ki, ən güclü ordu Azərbaycan Ordusudur, ən məğrur, yenilməz xalq Azərbaycan xalqıdır. İmzalanan birgə Bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə əlavə 10 gün vaxt istədi. Buna görə də Azərbaycan dövləti öz humanist siyasətini bir daha nümayiş etdirməklə müddəti noyabrın 25-dək uzatdı və həmin gün Kəlbəcər rayonu işğaldan azad edildi.
BMT Təhlükəsizlik Şurasının 27 il sadəcə kağız üzərində qalan 4 qətnaməsi Azərbaycan Ordusu tərəfindən cəmi 44 gündə icra edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. 1993-cü ildə Kəlbəcər rayonunun azərbaycanlı əhalisinin oradan necə zorakılıqla qovulduğunu yada salaq. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməmiş, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunmuşdu. 2020-ci il 25 noyabr tarixində ermənilərin Kəlbəcəri boşaldarkən törətdikləri vandallıq da hər kəsə məlumdur. Ermənilər buranı tərk edərkən evləri yandırdı, meşələrə od vurdu, suları çirkləndirərək ekoloji fəlakət törətdilər. Onlar ev əşyalarından tutmuş, qəbir daşlarına qədər özləri ilə apardı, ağacları doğrayıb daşıdı, evlərə od vurub yandırdılar. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bu məsələyə diqqəti yönəldərək bildirmişdi: “Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik.” 27 illik işğal dövründə işğaldan azad edilmiş digər torpaqlarımız kimi, Kəlbəcər rayonunun da infrastrukturu Ermənistan tərəfindən vəhşicəsinə dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollarla ziyan dəyib. Ekspertlərin də bildiridikləri kimi, hərbi əməliyyatlar çox mürəkkəb relyef quruluşuna, böyük əraziyə malik olan Kəlbəcərdə də aparılsaydı, itkilərimiz daha çox olardı. Lakin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük bir hissəsini və Şuşanı hərbi yollarla azad etməklə, döyüş meydanında düşmənin belini qırdı. Şuşanın azad olunmasından bir gün sonra isə 70-dən çox kəndin azad edilməsi düşməni diz çökdürdü və Ermənistan kapitulyasiya aktını imzalamalı oldu. Kəlbəcər, Laçın və Ağdam rayonlarını tərk edəcəyinə dair öhdəlik götürdü. Bu gün Kəlbəcər həyatının yeni dövrünü yaşayır. İki ildir bu torpaqlarımızda dağıntıları quruculuq işləri əvəzləyir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu ərazilərimizə hər səfəri tarixi hadisə olmaqla, Böyük Qayıdışın tam şəkildə reallığa çevriləcəyinin təqdimatıdır. Torpaqlarımız tarixi sahibinə qovuşduğu üçün qürurludur. Tarixi Zəfərimiz erməni faşizminin bütün bəşəriyyət üçün nə dərəcədə təhlükəli olduğunu bütün dünyaya göstərdi.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31

