Yeni Azərbaycan Partiyası hər zaman ölkəmizdə gedən bütün proseslərin mərkəzində olub
26.11.2022 [14:17]
Yeni Azərbaycan Partiyasının yaranmasından ötən 30 il gələcəyə daha böyük inamla addımlamaq üçün böyük stimuldur. Azərbaycan yeni dövrə qədəm qoyur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 1993-2003-cü illərdə yaratdığı möhkəm təməl sonrakı illərdə ölkəmizin daha möhtəşəm uğurlar qazanmasını şərtləndirdi. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirdi.
Noyabrın 21-də Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edərək Azərbaycanın müstəqiliyinin bərpasından ötən dövrü əsaslı şəkildə təhlil edərək bildirdi ki, Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi: “Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır.”
Bir daha qeyd edildi ki, otuz ildə böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Qırx dörd günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirən Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar əsasında ötən il VII qurultayını keçirən Yeni azərbaycan Partiyasının qəbul etdiyi yeni qərarlar bundan sonrakı inkişafının əsasıdır. Partiya 30 ildə “Yeni müstəqil Azərbaycan uğrunda” devizi əsasında təsdiq olunan Proqramında əksini tapan bütün hədəflərin gerçəkləşməsinə nail oldu. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın müstəqilliyinin daimiliyi təmin edildi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamlı addımlar atıldı və Azərbaycan demokratik ölkə kimi nüfuz qazandı, davamlı iqtisadi inkişafın möhkəm təməli yaradıldı, müstəqilliyimizin, suverenliyimizin qarantı olan güclü Ordu formalaşdı, ölkəmiz beynəlxalq təcriddən xilas oldu. Son 19 ildə Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin bu illər ərzində gördüyü işlərin əsasında torpaqlarımızın işğaldan azad edilməsi amalı dayandı ki, buna da nail olduq. Bu gün Azərbaycan yalnız tarixi Zəfəri ilə deyil, onun yaratdığı reallıqların həyata keçirilməsi ilə qürur duyur. İki ildir işğaldan azad edilmiş torpaqlarımız quruculuq mərhələsini yaşayır. Yeni Azərbaycan Partiyasının təsdiqlənən yeni Proqramında qarşıdakı dövrün əsas hədəfləri öz əkini tapıb. YAP hər zaman ölkəmizdə gedən bütün proseslərin mərkəzində olub və olacaq.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30

