Zəfər paradı Azərbaycan Ordusunun hərbi qüdrətinin bütün dünyaya növbəti nümayişi oldu
07.12.2022 [16:44]
10 dekabr 2020-ci ildə Azadlıq meydanında keçirilən təntənəli hərbi parad 44 günlük İkinci Qarabağ müharibəsində qazanılan Qələbə sevincinin və qürurunun parlaq göstəricisi olmaqla yanaşı, Azərbaycan Ordusunun hərbi qüdrətinin bütün dünyaya növbəti nümayişi oldu. Azərbaycan 30 ildə sülh siyasətinə sadiqlik nümayiş etdirməklə yanaşı, bütün sahələrdə daha da gücləndi, qüdrətləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun olması mühüm amil olaraq bu istiqamətdə biri-birindən əhəmiyyətli addımlar atıldı. Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında qərarlaşması bu illər ərzində ordu quruculuğu istiqamətində görülən işlərin nəticəsidir. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri qarşısında dayana bilməyən erməni ordusu hərbi texnikanı, silah-sursatı qoyub qaçdı. 44 gününün hər günü Azərbaycan tarixinə Zəfər səhifəsi kimi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xalqa müraciətlərinə diqqət yetirsək Ermənistan ordusunun məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikasının, silah-sursatının siyahısının yer aldığını görərik. Tarixi Zəfərimiz ermənilərin illərdir yaratdığı mifləri darmadağın etdi. Dünya gördü ki, ən güclü ordu Azərbaycan Ordusu, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən qənimət kimi götürdüyü hərbi texnikanın bir qismi də nümayiş etdirildi. Zəfər paradında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışında bu günün tarixi gün olduğunu önə çəkərək bu məqamı da böyük sevinc hissi ilə qeyd etdi ki, paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir. İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən Azərbaycan Türkiyənin qardaş dəstəyini gördü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanladı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər paradındakı çıxışında bir daha diqqəti 44 günlük İkinci Qarabağ müharibəsinə yönəldərək bildirdi ki, qardaş ölkənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün birlikdə Zəfər paradında iştirak edərkən, bir daha birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk. Dövlət başçısı Zəfər paradının tarixi əhəmiyyətini də xüsusi vurğulayaraq bildirdi ki, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir: “Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”Zəfər paradında Silahlı Qüvvələrimizin şəxsi heyətinin Dövlət bayrağımız və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəliləməsi, bunun ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqlarının Azadlıq meydanına gətirilməsi hər bir vətəndaşımızda böyük qürur hissi yaratdı.Bu gün xalqımız həmin qürurlu anları yada salır, bu sevinci yaşadan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlıqlarını ifadə edirlər. Azərbaycan xalqına hər zaman Qələbə yaraşır. Dünya Zəfərimizin yaratdığı reallıqları yaşayır. Qalib, sözü ilə imzası arasında heç bir fərqin olmadığı Azərbaycanın vətəndaşı olmaq böyük qürur və şərəfdir.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

