Nəsimi rayonunda Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir təşkil edilib
11.12.2022 [20:15]
Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir təşkil edilmişdir.
Tədbirdə əvvəl Azərbaycan Respublikası Dövlət Himni səsləndirilmiş və ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Anım Gününə həsr edilmiş video-çarx nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov dəvəti qəbul edib gənclərlə görüşə gəldiyinə görə Dilarə xanıma xüsusi təşəkkür edib. Yerli təşkilatın sədri bildirib ki, Ulu Öndər Heydər Əliyevin idarəçilik keyfiyyətləri, xarizmatik liderlik cəhətləri Azərbaycan tarixinin möhtəşəm səhifələrini təşkil edir. Ötən əsrin 70-ci illərindən etibarən, milli ideyanın yüksəlişinin təmin edilməsində böyük xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin məntiqi olaraq Azərbaycan sözün əsl mənasında yeni yüksəliş dövrünü yaşayıb. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə həyata keçirdiyi uğurlu siyasətin məntiqi olaraq bütün dünya Azərbaycana tamamilə başqa bir prizmadan baxmağa başladı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində əvəzsiz rol oynayan Heydər Əliyev ölkəmizi tənəzzüldən milli inkişaf və intibaha doğru apardı. "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır", - deyən xalqımızın Böyük Oğlu Heydər Əliyev Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını və milli dövlətçiliyin konsepsiyasını yaratdı.
Daha sonra Partiyanın Veteranlar Şurasının üzvü professor Dilarə Seyidzadə Ulu Öndərlə bağlı xatirələrini gənclər və tədbir iştirakçıları ilə bölüşərək deyib: "Heydər Əliyevi bütün xalq sevirdi, dünyanın böyük siyasətçiləri onunla hesablaşırdı. Atdığı hər addım, dediyi hər söz çox maraqlı idi, ona görə də hamısını bircə-bircə qələmə alırdım. Bu cür qeydlər apardığım 60-a yaxın ümumi dəftərim var. Ulu Öndərlə işləyəndə başa düşdüm ki, tarixçi olmaq çox faydalıdır. Elə günlər olurdu ki, gecəni yatmayıb səhərədək işləyirdim. Lakin yorğunluq hiss etmirdim. Əsas odur ki, adam öz işini, seçdiyi yolu sevsin, belə olarsa, heç vaxt yorulmaz. O sevgini mənə həm atam, həm də dahi Heydər Əliyev bəxş edib. Bu gün Prezident İlham Əliyev "Mən hər bir azərbaycanlının Prezidentiyəm" deyir. Bu o deməkdir ki, o, hər bir azərbaycanlını, Azərbaycanın hər daşını, hər qarış torpağını sevir. Bu, çox böyük bir məsuliyyətdir".
Tədbir sonra suallar və cavablar formatında davam etdi.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56

