İranın iyrənc terror cinayəti
27.01.2023 [16:46]
Yanvarın 27-də səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Bu fakt İranın beynəlxalq öhdəliklərə həqarət etdiyinin və Azərbaycana qarşı xəyanətkar missiyasını iyrənc formada davam etdirdiyinin növbəti sübutudur. İranın dövlətçilik tarixində müxtəlif xarici dövlətlərin rəhbərlərinə, diplomatik nümayəndələrə qarşı terror hadisələri törətdiyi hər kəsə məlumdur. Bu gün də bu rəzil siyasət davam etdirilir.
Belə bir addım vaxtilə xristian dövlətlərinin İrandakı diplomatik nümayəndəliklərinə qarşı atılıbsa, bu gün artıq dini bir olan müsəlman dövlətlərinə də qarşı həyata keçirilir. İslam dəyərlərini yüksək tutan Azərbaycan dövləti və xalqı islam pərdəsi altında gizlənən riyakar İrandan növbəti gözləmədiyi zərbəni də aldı. Müstəqilliyimizin ilk illərində torpaqlarımızın ermənilər tərəfindən işğalı zamanı riyakarlıq edən İran öz yoluna yenə də sadiq qaldı.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu gün öz qalibiyyət dövrünü yaşayan Azərbaycan dövləti bütün bu sınaqlara mətanətlə sinə gərəcək. Qəhrəman Azərbaycan xalqı öz dövlətini qoruyacaq, Prezidentimizin həyata keçirdiyi müstəqil siyasətin əbədiliyini təmin edəcəkdir. Çünki Azərbaycanda dövlətlə xalqın sarsılmaz birliyi mövcuddur.
Terrorçunu zərərsizləşdirən qəhrəman Azərbaycan övladı əslində təkbaşına bütün dünyaya Azərbaycanın, xalqımızın və millətimizin terror qarşısında gücünü göstərdi. Bu gün dünya insanı Azərbaycan övladının cəsarətinə heyranlığını gizlədə bilmir. Biz Şuşanı da, Kəlbəcəri də, digər torpaqlarımızı da məhz bu qəhrəman övladlarımızın sayəsində azad etdik. İranın törətdiyi terror əməlinin qarşısında tək bir azərbaycanlı belə dayana bilər – biz əslində bütün dünyaya bunu bir daha nümayiş etdirdik.
Dünyanın bütün tərəqqipərvər insanları kimi biz də uzun müddət terrordan əziyyət çəkən ölkə və xalq kimi İranda səfirliyimizə qarşı baş verən terroru kəskin şəkildə pisləyirik. Buna öz etirazımızı bildirir və İrandan terror hücumu ilə bağlı üzr tələb edirik. İnanırıq ki, dünya birliyi bu məqamda bizimlə olacaq və İrana bu terror aktından dolayı öz nifrət və etirazını bildirərəcək.
Həbib Misirov - YAP Kəlbəcər Rayon Təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35

