YAP Samux rayon təşkilatında 28 May Müstəqillik gününə həsr edilmiş tədbir keçirildi
25.05.2023 [18:01]
25 may 2023-cü il tarixdə YAP Samux rayon təşkilatında 28 May Müstəqillik gününün 105-ci ildönümünə həsr edilmiş “Azərbaycan Respublikası Cümhuriyyətin siyasi varisidir” mövzusunda ərazi partiya təşkilat sədrlərinin, fəal YAP üzvlərinin iştirakı ilə tədbir keçirildi. Tədbirə Samux rayon İcra Hakimiyyəti Başçısı aparatının müavini Kəmalə Xəlilova və Samux rayonu Ağsaqqallar Şurasının üzvləri də dəvət edilmişdi.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov 1918-ci il mayın 28-də müsəlman Şərqinin ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, gördüyü işlərdən, xalqımızın həyatında oynadığı rolundan bəhs etdi. Azərbaycan Xalq Cümhuriyyətinin xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslandığını, ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldıran ilk ölkələrdən biri olduğunu diqqətə çatdırdı. Cümhuriyyət dönəmindəki şərəfli addımlardan birinin qadınlara şərqdə ilk dəfə səsvermə hüququnun verildiyini və bunun ölkədə gender bərabərliyinin təmin olunmasının parlaq əlaməti olduğunu qeyd etdi.
Mövzu ətrafında geniş şəkildə məruzə edildi. Daha sonra tədbirdə iştirak edən Samux rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Samux rayon Ağsaqqallar Şurasının üzvü Xasay Yusibov, partiya fəallarından Zərifə Məmmədova, Gülvin Babayeva, Leyla Allahyarova cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdiyini qeyd etdilər. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyini əbədi və dönməz etdiyini vurğuladılar. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun varisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Şanlı Ordumuzun 44 gün ərzində düşmənin mövqelərini darmadağın edərək işğal altında olan torpaqlarımızı azad etdiyini, çoxşaxəli fəaliyyəti ilə ölkə başçısının Tarixi Zəfərə imza atdığını diqqətə çatdırdılar.
Sonra tədbir qonaqların iştirakı ilə qarşılıqlı diskussiya şəklində davam etdirildi. Tədbirin sonunda qeyd olundu ki, bu gün Azərbaycan müstəqillik tarixinin ən şanlı dövrünü yaşayır, bütün sahələrdə dayanıqlı inkişaf bərqərar olub, hər bir Azərbaycan vətəndaşının xoşbəxt yaşaması üçün ölkəmizdə bütün imkanlar mövcuddur. Bütün uğurlarımızın, qələbələrimizin kökündə xalqımızın vahidliyi, birliyi dayanıb. Həmçinin tədbir iştirakçıları əlavə edərək bildirdilər ki, bu gün xalqımız öz dövlətinin və onun başçısı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək daha böyük zirvələrə doğru inamla irəliləməkdədir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

