Azərbaycanda ilk nizami ordu quruculuğunun müəllifi Heydər Əliyevdir
25.06.2023 [11:13]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
Yaranmasının 105-ci ildönümünü böyük fərəh və sevinc hissi ilə qeyd edəcəyimiz Şanlı Ordumuz hər birimizin qürur yeridir. Əsası və təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, sağlam təməllər üzərində qurulan, Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Şanlı Vətən Müharibəsində düşmənə layiqli cavab verərək tarixi Zəfəri xalqımızayaşatdı.
Xüsusi ilə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesi yenidən başlandı, bu istiqamətdə böyük uğurlar əldə olundu və Azərbaycan Ordusu böyük inkişaf yolu keçərək, bölgənin ən güclü silahlı qüvvələrinə çevrildi.
1993-cü ilin əvvəllərində hakimiyyət böhranı yaşayan Azərbaycan dövlətçiliyini və müstəqilliyini itirmək təhlükəsini yaşayırdı. Bir tərəfdən erməni işğalçıları tərəfindən torpaqlarımızın zəbt edilməsi, digər tərəfdən ölkə daxilindəki xaos hakimiyyət böhranını getdikcə dərinləşdirirdi. Məhz bu çətin bir dönəmdə xalq öz nicat yolunu Azərbaycanımızın böyük oğlu Heydər Əliyevdə gördü və xalqın təkitli tələbi ilə Ulu öndər 9 iyun 1993-cü il tarixdə Naxçıvandan Bakıya gəldi, xalq öz xilaskarını böyük izdihamla və sevinc hissi ilə qarşıladı.
15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçilən Ümummilli lider Heydər Əliyev dövlətçiliyimizin xilası üçün bir çox sahələrdə düşünülmüş addımlar atmağa başladır. Bunlardan biridə ərazisinin bir qismi erməni separatçıları tərəfindən işğal olunmuş Azərbaycan dövlətinin ordu quruculuğu sahəsi idi. Bəli, Azərbaycanda ilk nizami ordu quruculuğunun müəllifi Ulu Öndər Heydər Əliyevdir. Ulu öndərin uzaqgörənliyi və qətiyyətli mövqeyi sayəsində qısa müddət ərzində Azərbaycanda ordu quruculuğu formalaşdırıldı.
Ulu öndər Heydər Əliyevin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ön xəttə səfərlər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi.
Bu gün Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırıldı, ordumuz ən müasir silah və texnika ilə təchiz olundu və 44 günlük Şanlı Vətən Müharibəsində zəfər çaldı, torpaqlarımız düşmən tapdağından azad edildi.
Qürur hissi ilə deyə bilərik ki, 44 günlük Vətən müharibəsi zamanı xalq sarsılmaz birlik və həmrəylik nümayiş etdirərək Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdi və tarixi ədalət bərpa olundu.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

