/ / YAP-ın rayon və şəhər təşkilatlarının Gənclər Birliklərinin sədrləri üçün keçirilən seminar öz işini yekunlaşdırıb
YAP-ın rayon və şəhər təşkilatlarının Gənclər Birliklərinin sədrləri üçün keçirilən seminar öz işini yekunlaşdırıb
01.03.2012 [22:49]
Məlum olduğu kimi, fevralın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə təşkilatın ötən bir il ərzində fəaliyyətinə nəzər yetirilib, eləcə də, qarşıda duran vəzifələr müzakirə olunub. Əsas məsələlərdən biri kimi gənclərin informasiya-kommunikasiya texnologiyalarından (İKT) səmərəli istifadəsi, sosial şəbəkələrdə fəal iştirakın zəruriliyi vurğulanıb.
Qeyd edək ki, həmin gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rayon və şəhər təşkilatları sədrlərinin informasiya texnologiyaları üzrə biliklərinin təkmilləşdirilməsi istiqamətində seminara da start verilib. Dünən isə seminar-məşğələlər öz işini davam etdirib. üç qrupda təşkil edilən seminarda informasiya-kommunikasiya texnologiyaları ilə bağlı texniki, nəzəri və ideoloji məsələlərlə əlaqədar gənclərə məşğələlər keçirilib. Məşğələlərdə əsasən hər üç istiqamətdə debatlar, sorğular təşkil olunub.
Seminarda çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı belə tədbirlərin əhəmiyyətindən bəhs edib. O bildirib ki, YAP gənclərin biliklərini, siyasi təcrübələrini artırmaq üçün müxtəlif layihələr həyata keçirir. “Bu layihə çərçivəsində isə gənclər rəqəmsal dünyanın yeni nailiyyətlərini daha dərindən mənimsəmək, sosial şəbəkələrdə fəaliyyəti səmərəli şəkildə qurmaq, elektron ünsiyyəti intensivləşdirmək və s. bağlı təcrübə qazanırlar. Hesab edirəm ki, bu, hər bir gənc üçün faydalıdır. Partiyamızda Azərbaycan gənclərinin böyük hissəsi təmsil olunur. Gənclərimiz yüksək intellektə malikdirlər. İKT sahəsində təcrübələrini artırmaqla gənclərimiz Azərbaycanın uğurları, bu uğurları ölkə daxilində və xaricində təbliğ etmək baxımından daha geniş və səmərəli fəaliyyət göstərmək imkanı qazanırlar”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Seminar-məşğələlərdə YAP Gənclər Birliyinin üzvləri İKT mövzusunda ətraflı fikir mübadiləsi, müzakirələr aparıb və yeni biliklərə yiyələniblər.
Tədbir barədə fikirlərini bildirən YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva deyib ki, partiyanın gəncləri üçün keçirilən seminarlar böyük əhəmiyyətə malikdir. çünki müasir dövrdə informasiya texnologiyaları sürətlə inkişaf edir və bu texnologiyaları mənimsəmək, biliklərə yiyələnmək günümüzün tələbləridir. S.Quliyeva qeyd edib ki, YAP üzvlərinin 40 faizini gənclər təşkil edir və gənclərin partiya sıralarına axını geniş vüsət alıb. Gənclərin intellektual potensialının yüksək səviyyədə olduğunu deyən S.Quliyevanın sözlərinə görə, onlar ictimai-siyasi proseslərdə də fəal iştirak edirlər: “Partiyamız gənclər siyasətinə böyük əhəmiyyət verir. Bu mənada, gənclərlə bağlı həyata keçirilən layihələr xüsusi qeyd olunmalıdır. Hazırkı seminarlar da partiyamızın gənclərinin İKT-nin imkanlarından daha səmərəli istifadə etmək üçün təcrübələrinin artırılmasına xidmət edir. Nəzərə alsaq ki, müasir dünyada İKT-nin inkişafı böyük vüsət alıb, onda gənclərin bu texnologiyaları mənimsəməsi, sosial şəbəkələrdə fəal iştirak etmələri günümüzün aktual məsələlərindəndir. Fəaliyyətində hər zaman yeniliklərə üstünlük verən partiyamızın həyata keçirdiyi bu layihələr gənclərimiz tərəfindən rəğbətlə qarşılanır. İnanıram ki, gənclərimiz bu seminar vasitəsilə öz bilik və bacarıqlarını artıracaq, öz fəaliyyətlərində İKT-nin imkanlarından daha geniş şəkildə yararlanacaqlar”.
“Yeni Azərbaycan Partiyasının və partiyanın Gənclər Birliyinin həyata keçirdiyi maarifləndirici layihələr yüksək qiymətə layiqdir”. Bunu isə YAP Ağdam rayon təşkilatının Gənclər Birliyinin sədri Amil Cavadov deyib. O bildirib ki, belə bir seminarın təşkil olunması həm də gənclərin sosial şəbəkələrdə Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılmasındakı rolunu artıra bilər. A.Cavadovun sözlərinə görə, ölkəmizdə gənclərin öz bilik və bacarıqlarını, potensiallarını üzə çıxarmaq, müxtəlif sahələrdə onların bu imkanlarından yararlanmaq üçün bütün şərait mövcuddur: “Sadəcə, öz fəaliyyətimizə məsuliyyətlə yanaşmalı və dövlətimiz, partiyamız tərəfindən bizə göstərilən etimadı layiqincə doğrultmalıyıq. ölkə həyatının bir çox sahələrini əhatə edən məqsədyönlü dövlət proqramlarının, sosialyönümlü layihələrin həyata keçirilməsində gənclərin rolu əvəzsizdir. Fikrimcə, bu seminarlar gənclərin İKT sahəsində biliklərini daha da artıracaq”.
YAP Şəki rayon təşkilatı Gənclər Birliyinin sədri Daşqın Mikayılov isə deyib ki, partiyamız gənclərin bilik və bacarıqlarının artırılması üçün bütün imkanları yaradıb. Bu səbəbdən də Azərbaycan gəncliyinin böyük əksəriyyəti partiyamızın sıralarına qoşulur. D.Mikayılov bildirib ki, təşkil olunmuş seminar gənclərin İKT-nin imkanlarından daha səmərəli istifadə etməsi baxımından önəmlidir: “Biz təcrübəmizi artıraraq sosial şəbəkələr vasitəsilə Azərbaycan həqiqətlərinin dünyada yayılması üçün səylərimizi daha da artıracağıq”.
Seminarda iştirak YAP Oğuz rayon təşkilatı Gənclər Birliyinin nümayəndəsi Elnur Əliyev bildirib ki, hazırda inkişaf edən Azərbaycan gəncləri də artıq sosial şəbəkələrin üstünlüklərindən faydalanmaqdadır: “Bu, insanların sosial şəbəkəni necə, hansı limitdə, hansı məqsədlə istifadə etməsindən asılıdır. Əlbəttə, öz inkişafları üçün istifadə edirlərsə, niyə olmasın? Xüsusilə, hazırda ölkəmizə qarşı qərəzli mövqedən çıxış edən qüvvələrin faəliyyətini neytrallaşdırmaq üçün sosial şəbəkələrdə öz gücümüzdən istifadə etməliyik”.
YAP Xocalı rayon təşkilatı Gənclər Birliyinin sədri Pərviz Məmmədov da seminar-məşğələlərin əhəmiyyətli olduğunu deyib: “Bu gün dünyada sosial şəbəkələr vasitəsilə bir çox məsələləri beynəlxalq birliyə çatdırmaq mümkündür. Bu baxımdan, biz sosial şəbəkələr vasitəsilə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini dünyaya tanıtmaq üçün səylərimizi gücləndirəcəyik”.
Qeyd edək ki, seminar dünən öz işini yekunlaşdırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45

