/ / YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Azərbaycanın Əməkdar artistləri Könül Xasıyevaya və İlqar Muradova partiya vəsiqələrini təqdim edib
YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Azərbaycanın Əməkdar artistləri Könül Xasıyevaya və İlqar Muradova partiya vəsiqələrini təqdim edib
08.05.2012 [00:17]
Azərbaycan Respublikasının Əməkdar artistləri Könül Xasıyeva və İlqar Muradov Yeni Azərbaycan Partiyasına üzv qəbul olunublar. Dünən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın mənzil-qərargahında Azərbaycanın Əməkdar artistləri Könül Xasıyevaya və İlqar Muradova üzvlük vəsiqələrini təqdim edib. Bu münasibətlə sənət adamlarını təbrik edən Əli Əhmədov bildirib ki, partiya vəsiqələrinin təqdim olunması əlamətdar gün ərəfəsində baş verir. Əli Əhmədov YAP-ın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ölkəmizin bütün guşələrində müxtəlif tədbirlərin keçirildiyini qeyd edib.
“Partiya vəsiqələri sizə ümummilli liderimiz Heydər Əliyevin doğum günü ərəfəsində təqdim olunur. Hesab edirəm ki, bu, həm partiyamız, həm də sizin üçün əlamətdardır. ölkə vətəndaşlarının mütləq əksəriyyəti kimi sizlər də Azərbaycanda həyata keçirilən dövlət siyasətini qətiyyətlə dəstəkləyirsiniz. Bu gün isə YAP-ın üzvü olmaqla bu prosesdə iştirakçılığınız rəsmiləşdirilmiş olur. Artıq partiyamızın rəsmi şəkildə vəsiqəsini daşıyan üzvlər olursunuz və YAP-ın ideyalarının daşıyıcılarına çevrilirsiniz” - deyə YAP Sədrinin müavini vurğulayıb.
Hazırda Azərbaycanın dinamik inkişaf yolunda olduğunun deyən Əli Əhmədov qeyd edib ki, ölkə vətəndaşları bu inkişafı öz həyatlarında, güzəranlarında əhəmiyyətli dərəcədə hiss edirlər. Müstəqilliyimizin ilk illərində ölkəmizdə vəziyyətin ağır olduğunu xatırladan YAP Sədrinin müavini həmin dövrlərdə ziyalılarımızın, o cümlədən mədəniyyət və incəsənət xadimlərinin dolanışıq üçün xaricə üz tutduqlarını bildirib. “İndi isə bütün sahələr sürətlə inkişaf etməkdədir. Azərbaycanda bütün təbəqələr üçün normal mühit formalaşıb. Bu mənada mədəniyyət və incəsənət xadimləri üçün də normal mühit formalaşıb və onlar öz fəaliyyətlərini yüksək səviyyədə cəmiyyətə təqdim edirlər. Bunun özü eyni zamanda, insanlara, xalqa, dövlətə qulluq etməkdir” - deyə YAP İcra katibi vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, bu gün Heydər Əliyev ideyaları gerçəkliyə çevrilir. İcra katibinin sözlərinə görə, YAP və partiyanın üzvləri bu ideyaların daşıyıcılarıdırlar. YAP-ın sıralarında 560 min nəfərdən çox Azərbaycan vətəndaşının birləşdiyini diqqətə çatdıran Əli Əhmədov bunun çox böyük göstərici olduğunu bildirib. “Bu, eyni zamanda, onun göstəricisidir ki, bu sayda insan Heydər Əliyev ideyalarına dərindən inanır və bu ideyaların daşıyıcıları olmaq istəyirlər. Hər il YAP sıralarına 25-30 min insan qoşulur. Bu, Heydər Əliyev ideyalarına, həm də ölkəmizdə həyata keçirilən siyasətə inamın ifadəsidir. İnam dövlətin gücünü təşkil edən ən əsas amildir. Vətəndaş öz dövlətinə inanırsa, o dövlət güclü olur. çox xoşdur ki, siz də YAP-ın üzvlük vəsiqəsini daşıyacaqsınız. Biz partiyamıza böyük və mehriban ailə kimi baxırıq. Bu qədər insanların hamısı eyni ideya və amal uğrunda birləşiblər. üzvlər bir-birilərini eyni ailənin üzvləri kimi qəbul edirlər.
Sizi də bu gün rəsmi şəkildə bu böyük ailənin üzvlüyünə qəbul edirik. Biz bu hadisəyə çox əhəmiyyət veririk. Hesab edirik ki, sizin bu ailəyə qoşulmağınız bizim ailəmizin daha da böyüməsi deməkdir. Eyni zamanda, siz bu ailəyə öz populyarlığınızın bir hissəsini gətirirsiniz” - deyən YAP Sədrinin müavini partiya vəsiqələrini respublikamızın Əməkdar artistlərinə təqdim edib.
öz növbəsində Əməkdar artistlər Könül Xasıyeva və İlqar Muradov Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur hissi keçirdiklərini və partiyanın ideyalarına sadiq olacaqlarını vurğulayıblar.
Azərbaycanın Əməkdar artisti İlqar Muradov yap.org.az saytına deyib ki, Yeni Azərbaycan Partiyasına üzv olmaq arzusu məndə həmişə olub: “Amma bu partiyaya üzv olmaq məsuliyyətli olduğu üçün çox düşünmüşəm. İndi isə şərəf duyuram ki, artıq rəsmi şəkildə YAP-ın üzvüyəm”.
İ.Muradov bildirib ki, partiyamızın yaradıcısı Heydər Əliyevin amalı və həyat fəlsəfəsi daim Azərbaycan xalqına xidmət etmək olub. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası da bu amalların daşıyıcısıdır. “Mən daim Ulu öndərimizin qurucusu olduğu, bu gün Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi partiyanın mədəni tədbirlərində fəal iştirak etmişəm. Partiyaya rəsmi şəkildə üzv olmağım isə mənə Azərbaycan mədəniyyəti və incəsənətini daha geniş təbliğ etmək üçün əlavə stimul verir. Düşünürəm ki, Azərbaycanı sevən hər bir kəs YAP-ın üzvü olmalıdır. çünki bu partiyanın Azərbaycanımızın inkişafında çox böyük rolu var. Mən bundan sonra da partiyamıza böyük uğurlar arzulayıram” - deyə İ.Muradov vurğulayıb.
Azərbaycanın Əməkdar artisti Könül Xasıyeva da bildirib ki, mən həmişə özümü Yeni Azərbaycan Partiyasının üzvü kimi hiss etmişəm: “Partiyamızın yaradıcı olan Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti dəstəkləmişəm”.
K.Xasıyeva YAP-ın sıralarına rəsmi şəkildə qoşulmağa çoxdan qərarlı olduğunu bildirib. Onun sözlərinə görə, YAP-a üzv olmaq üçün ciddi əsaslar var. “Bu partiyanın siyasəti müstəqil Azərbaycan dövlətinin inkişafına, xalqımızın rifahının yüksəlməsinə xidmət edir. Fikrimcə, Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu partiyanın gücü də bu amillərdən qaynaqlanır. Bu gün Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir, daha da güclənir. Dövlət başçısı Heydər Əliyev siyasətini inamla həyata keçirir. Ona görə də, mən Yeni Azərbaycan Partiyasının üzvü olmağımla qürur duyuram. Bu partiyaya üzv olmaq arzusuna çatdığım üçün çox sevinirəm” - deyə respublikanın Əməkdar artisti qeyd edib.
Xəbər lenti
Hamısına baxGündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50

