Biz bir çox seçki məntəqələrində olduq. Yaradılan şərait, seçicilərin fəallığı və insanların səmimiyyəti bizi məmnun etdi. Seçkinin gedişində heç bir qayda pozuntusuna yol verilməməsinin şahidi olduq.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri ATƏT-in Amerika Birləşmiş Ştatlarından olan beynəlxalq müşahidəçisi Philip James jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, Azərbaycana ilk dəfədir səfər edir: “Biz böyük bir heyətlə gəlmişik. Əsas məqsədimiz seçkiləri izləmək, müşahidə etmək və sonda ümumi nəticələrə baxış keçirməkdir”.