ABŞ-dan olan müşahidəçilər ölkəmizdə keçirilmiş parlament seçkilərinin qaydalara uyğun baş tutduğunu deyiblər

ABŞ-dan olan müşahidəçilər ölkəmizdə keçirilmiş parlament seçkilərinin qaydalara uyğun baş tutduğunu deyiblər

Fevralın 9-da ölkəmizdə keçirilmiş parlament seçkilərini izləyən ABŞ-dan olan müşahidəçi, Yəhudi Respublikaçılar Alyansının təsisçisi Mitç Silberman mətbuat konfransında deyib ki, səsvermə prosesini müşahidə etdiyi məntəqələrdə hər hansı bir insident qeydə alınmayıb. O, “biz bu gün gələcəyə şahidlik edirik. Seçkilər qaydalara uyğun keçirildi”, - deyə bildirib.
Digər müşahidəçilər - ABŞ-dan olan, Buxara yəhudilərinin ABŞ və Kanada üzrə koordinatoru Rafael Nektal və San-Dieqo Universitetinin professoru Martin Kruminq müşahidələr zamanı heç bir qayda pozuntusuna rast gəlmədiklərini deyiblər. ABŞ və Azərbaycan arasında seçki praktikasında müəyyən fərqlərin olduğunu qeyd edən müşahidəçilər “Azərbaycanda seçki zamanı görünməyən mürəkkəblərdən istifadə olunması olduqca diqqətçəkən və maraqlı faktdır”, - deyə vurğulayıblar.