ATƏT-in müşahidəçisi Artur Gerasimov: İndiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışam

ATƏT-in müşahidəçisi Artur Gerasimov: İndiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışam

Səsvermənin gedişində hər hansı qayda pozuntusu ilə rastlaşmamışam.
Bunu AZƏRTAC-a müsahibəsində ATƏT-in müşahidəçisi Artur Gerasimov deyib.
Müşahidəçi bildirib ki, ATƏT-in 360-dək müşahidəçisi Azərbaycanda keçirilən seçkiləri izləyib.
“Biz seçkilərdən əvvəl Mərkəzi Seçki Komissiyasının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının, partiyaların təmsilçiləri ilə görüşmüşük, kifayət qədər məlumatımız var. Hazırda bizim nümayəndələrimiz bütün ölkə üzrə seçkiləri müşahidə edirlər. Bütün məlumatları toplayıb analiz etdikdən sonra mətbuat konfransı keçirəcəyik”, - deyə Artur Gerasimov qeyd edib.