Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il fevralın 2-də imzalanmış “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə Sərəncamdan irəli gələrək “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın mayın 7-də Baş nazir Əli Əsədovun sədrliyi ilə alt işçi qrupları rəhbərlərinin iştirakı ilə videoformatda iclası keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda “2021-2025-ci illərdə Sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı verilmiş müvafiq tapşırıqların icra vəziyyəti, alt işçi qrupları tərəfindən görülən işlər, təqdim edilən alt-məqsəd və hədəflər, qarşıda duran vəzifələr və digər məsələlər müzakirə olunub.