Azərbaycan ilə Şimali Makedoniya diplomatik və xidməti pasport sahiblərini qarşılıqlı viza tələbindən azad edir

Azərbaycan ilə Şimali Makedoniya diplomatik və xidməti pasport sahiblərini qarşılıqlı viza tələbindən azad edir

Azərbaycan ilə Şimali Makedoniya diplomatik və xidməti/rəsmi pasport sahiblərini qarşılıqlı olaraq viza tələbindən azad edir.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin iyunun 21-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

"Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş" 2025-ci il martın 12-də Bakı şəhərində imzalanıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.